ABŞ tarixində ilk defolt riski - hökumət fəaliyyətini dayandıra bilər
Bayden isə çarəsizdir: Respublikaçılar onun iqtisadi gündəmini alt-üst edib....
Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ öz tarixində ilk dəfə defolt riskinə yaxındır.
Marja xəbər verir ki, çox şey bu həftə ərzində qanunverici orqanda -Konqresdəki səsvermələrdən asılıdır.
Konqresin Nümayəndələr Palatası bir neçə saat öncə hökumətin borclanmasına dair həddin götürülməsi üzrə qanun layihəsinin lehinə səs verib (219-un 212-ə səs çoxluğu ilə). Bu, ABŞ-ın öz maliyyə öhdəliklərini vaxtında yerinə yetirə bilməsi üçün 2022-ci ilin dekabrına qədər hər hansı yuxarı hədd olmadan əlavə borc cəlb etməsinə imkan verəcək.
Lakin, işin hələ yarısı tamamlanıb. Çünki sənəd daha sonra Konqresin digər palatasında - Senatda səsverməyə qoyulmalı və təsdiqləndikdən sonra imzalanmaq üçün prezident Baydenə təqdim edilməlidir. Hazırda Konqresin hər iki palatasında nisbi üstünlüyə malik iqtidardakı partiya - Demokratlar sənədi ən qısa zamanda Senatda da təsdiqlətdirmək niyyətindədirlər. Əzəli rəqibləri - Respublikaçılar ABŞ-ın artıq 28,4 trilyon dollara çatan borc yükünü daha da artırmağın əleyhinədir.
Xatırladaq ki, sentyabrın 21-də Nümayəndələr Palatası həm borc limitinin götürülməsi, həm də hökumətin fəaliyyətinin müvəqqəti maliyyələşdirilməsinə dair ümumi qanun layihəsini təsdiq etmiş, lakin Respublikaçılar sentyabrın 27-də sənədin Senatda qəbulunu bloklamışdılar.
Əgər Respublikaçılar bu dəfə də borc limitinin götürülməsi təklifini təsdiq etməsələr, bu zaman Demokratlar sadə səs çoxluğu üsulu ilə təkrar səsvermə keçirməlidir. Bu isə vaxtı uzada və həm ABŞ-ın maliyyə öhdəliklərinin yerinə yetirilməsini ləngidə, həm hökumətin maliyyələşdirilməsini dayandıra, həm də iş yerlərinin bağlanmasından tutmuş iri maliyyə-iqtisadi böhranına gətirib çıxara bilər. Maliyyə naziri Canet Yellen artıq son bir ayda dəfələrlə borc limitinin götürülməsinin vacibliyini vurğulayıb, əks təqdirdə defolt riskinin qaçılmaz olduğunu bildirib. Yellen son açıqlamasında xəzinədə pulun oktyabrın ortalarında tükənəcəyini qeyd edib.
ABŞ Konqresi 1960-cı ildən bəri 78 dəfə borc limitinin götürülməsinə dair qanun layihələri qəbul edib. Ən son belə hal 2019-cu ildə baş verib. Ən dramatik vəziyyətlərdən biri isə 2011-ci ildə yaranıb və Standard&Poors reytinq agentliyi tarixdə ilk dəfə ABŞ-ın kredit reytinqini aşağı salıb.
Baydeni qarşıdakı aylarda 2 daha ciddi sınaq gözləyir: 1 trilyon dollarlıq infrastruktur investisiya proqramının və 3,5 trilyon dollar həcmində sosial dəstək paketinin təsdiqlənməsi. Hələlik bu mövzuda həm Respublikaçılar ciddi müqavimət göstərir, həm də Demokratların arasında ciddi fikir ayrılıqları var....
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
8 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
9 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
9 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
























