Azərbaycanın tanınmış şirkət sədrindən Bitcoin ilə bağlı açıqlama
Elşən Quliyev: “Bitcoin yığım vasitəsi və ya rezerv aktivi kimi öz yerini tutuacaqdır”“Bitcoin dünyada ödəniş vasitəsi kimi deyil, yığım vasitəsi, bir rezerv (ehtiyat) aktivi kimi öz yerini tutuacaqdır”.
Marja xəbər verir ki, bunu Türkiyənin “Habertürk” televiziya kanalının “Yatırımcı Rehberi” proqramına müsahibəsində “InvestAZ Yatırım” şirkətinin İdarə Heyətinin sədri, tanınmış iş adamı Elşən Quliyev bildirib. Qeyd edək ki, Elşən Quliyev Azərbaycanda fəaliyyət göstərən "İnvest-Az İnvestisiya Şirkəti" QSC-nin Təsisçisi və Müşahidə Şurasının Sədridir.
“BİTCOİN QIZILIN VİRTUAL VARİANTI KİMİ DÜŞÜNÜLMƏLİDİR”
Elşən Quliyev qeyd edib ki, Bitcoin-i, digər kriptovalyutaları və rəqəmsal (digital) valyutaları bir birindən ayırmaq lazımdır:
“Çox vaxt bunları qarışdırırlar. Bir var kriptovalyuta, bir var Bitcoin, bir də var rəqəmsal pullar. Düzdür Bitcoin də kriptovalyutadır, amma Bitcoin-in kriptovalyutalar içərisində ayrı bir yeri var. Hər şey Bitcoin ilə başladı. Bitcoin-i qızılın virtual variantı kimi düşünülməlidir, çünki sayı məhduddur. Bitcoin-in alqoritmi fərqli fəlsəfə ilə yaradılıb. Rəqəmsal valyutalar isə bizim hazırda istifadə etdiyimiz ənənəvi kağız və metal pulların yerinə keçəcəkdir. Mərkəzi banklar pul çap etmək yerinə elektron (rəqəmal) pulları istifadəyə verəcəkdir. Bu, makroiqtisadiyyatı pozmayacaq, balansı dəyişdirməyəcək”.
“BİTCOİN ALTERNATİV YIĞIM VASİTƏSİDİR”
"İnvest-Az İnvestisiya Şirkəti"nin təsisçisi vurğulayıb ki, Bitcoin alternativ yığım vasitəsi kimi bazarda qalacaqdır:
“Kriptovalyutalar, xüsusilə Bitcoin ödəniş vaitəsi kimi deyil, yığım vasitəsi olaraq, rezerv (ehtiyat) bir aktiv olaraq dünyanın sərmayə bazarlarında yerini tutacaqdır. Hazırda Türkiyə kriptovalyutalara ehtiyatlı yanaşır, bu da normaldır, Türkiyə bir çox mövzuya ehtiyatla yanaşır. Gec-tez kriptovalyutalara sərmayə yatırılması doğru olacaqdır və Türkiyəyə fayda da verəcəkdir. Çünki alternativ yığım vasitəsidir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























