ABŞ neft məhsullarının bahalaşmasına qarşı bütün mümkün tədbirləri görmək niyyətindədir
ABŞ hakimiyyəti Amerika istehlakçıları üçün neft məhsullarının qiymət artımının qarşısını almaq üçün mümkün olan bütün addımları atmaq niyyətindədir.
Marja xəbər verir ki, bunu bazar ertəsi Ağ Evin mətbuat katibi Jen Psaki keçirdiyi brifinqdə bildirib.
"OPEC üzvü olmamağımıza baxmayaraq, Amerikada benzinin qiymətini qalxmaması üçün əlimizdəki bütün vasitələrdən istifadə etməyə davam edəcəyik", - o, deyib.
Psaki, ABŞ-ın, OPEC ölkələri arasındakı beynəlxalq tərəfdaşları ilə də qarşılıqlı əlaqədə olduğunu qeyd edib.
"Bir neçə ay əvvəl etdiyimiz kimi, kompromisli bir həll çağırışımızı yeniləyirik", - Ağ Evin sözçüsü deyib.
Xəbər verdiyimiz kimi, OPEC + ölkələrinin nazirləri oktyabrın 4-də keçirilən iclasda neft hasilatını noyabr ayında da 400 min barel artırmağa davam etmək qərarına gəliblər. Beləliklə, oktyabr ayında OPEC + ölkələri neft hasilatını sutkada 4,559 milyon barel, noyabrda isə 4,159 milyon barel azaldacaq.
OPEC + sazişinə daxil olan ölkələr keçən il görünməmiş həcmdə azaldılmış neft hasilatını bu ilin may ayından bərpa edir. Avqust ayından etibarən, plan bazara ayda 400 min barel neft qaytarılmasını təmin edir. OPEC +da təmsil olunan neft ixracatçıları ötən ilin mayında hasilatı 9,7 milyon barel / gün azaltmışdılar. Bu həcm bərpa sayəsində 2021-ci ilin noyabrında 4,159 milyon barel / gün təşkil edəcəkdir. Plan müttəfiq ölkələrin nazirləri tərəfindən hər ayın əvvəlində müzakirə olunur.
Qeyd edək ki, Brent neftinin qiyməti 81 dolları da keçib. Bakı vaxtı ilə saat 09:00-da Brent nefti 81,51 dollardan, ABŞ xam nefti isə 77,76 dollardan ticarət olunub. OPEC+un qərarından sonra neft qiymətləri 3% yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















