Baş Prokurorluqdan "Günay Bank"ın açıqlamasına reaksiya
Baş Prokurorluq “Günay Bank"ın iddialarına cavab verib.
Qurumun mətbuat xidmətindən Marja-ya daxil olan məlumatda deyilir:
"“Günay Bank” ASC-nin 7 saylı filialının vəzifəli şəxsləri barəsində daxil olmuş məlumat əsasında cinayət işinin başlanması ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən 04 oktyabr 2021-ci il tarixdə ictimaiyyət məlumatlandırılıb.
“Günay Bank” ASC tərəfindən bir sıra kütləvi informasiya vasitələrinə açıqlama verilərək, iş üzrə təqsirləndirilən şəxs Rauf Hüseynovun guya bir müddətdir ki, tutduğu vəzifədən azad olunduğunu, onun qeyd edilən bankda işlədiyi müddətdə hər hansı qeyri-qanuni əməlinin öz təsdiqini tapmadığını, ümumiyyətlə, R.Hüseynovla bağlı yayılan məlumatların "Günay Bank"la heç bir əlaqəsinin olmadığını bildirilmişdir.
Baş Prokurorluq qeyd edilən məlumatı təkzib edərək bildirir ki, Rauf Hüseynov “Günay Bank” ASC-nin 7 saylı filialının müdir müavini vəzifəsində 20 fevral 2018-ci il tarixdən - 29 sentyabr 2021-ci il tarixədək işləmişdir.
Qanunsuz əməllərlə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 15 sentyabr 2021-ci il tarixdə R.Hüseynovun çalışdığı bankdakı xidməti otağına baxış keçirilmiş, aşkar edilmiş cinayət faktları ilə bağlı 16 sentyabr 2021-ci il tarixdə cinayət işi başlanmış və yalnız bundan sonra, yəni 29.09.2021-ci il tarixdə R.Hüseynov tutduğu vəzifədən azad olunmuşdur.
Baş Prokurorluq bir daha hər kəsi ictimaiyyətdə çaşqınlıq yarada biləcək bu növ təhrif olunmuş məlumatları yaymaqdan çəkinməyə çağırır".
Xəbər verdiyimiz kimi, dünən axşam "Günay Bank" ASC 7 saylı filialının müdir müavini olmuş Rauf Hüseynov ilə bağlı rəsmi açıqlama yayıb.
Bankdan Marja-ya daxil olmuş açıqlamada deyilir:
“Mətbuatda qanunsuz əməlləri ilə hüqüq-mühafizə orqanları tərəfindən ittiham edilən Rauf Hüseynov bir müddətdir ki, tutduğu vəzifədən azad olunub və onun “Günay Bank” ASC-də işlədiyi müddətdə hər hansı qeyri-qanuni əməli öz təsdiqini tapmayıb.
Ümumiyyətlə R.Hüseynovla bağlı KİV-lərdə yayılan məlumatların "Günay Bank" ilə heç bir əlaqəsi yoxdur”.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Rauf Hüseynov 2018-2021-ci illər ərzində yaxın qohum və tanışlarının adına 585 şirkət təsis etməklə həmin şirkətlərin müvafiq dövlət orqanlarında qeydiyyata alınmasına nail olub. Rauf Hüseynovun işlədiyi müəssisənin yaxınlığında icarəyə ofis götürüb qanunsuz olaraq ayrı-ayrı şəxsləri işə cəlb etməklə müxtəlif fiziki və hüquqi şəxslərə məxsus ümumilikdə 53 milyon 933 min manat məbləğində pul vəsaitini özünün faktiki idarə etdiyi şirkətlərin bank hesablarına köçürülərək rəsmi möhür və elektron imzalardan istifadə edib nağdlaşdırmasına və bununla da, qanunsuz olaraq xüsusilə külli miqdar təşkil edən 780 min 691 manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr yaranıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 saat əvvəl
-
-
12 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
13 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
13 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























