Azərbaycanın ən yaxşı idarə olunan şirkətləri seçiləcək
İllik gəliri 20 milyon manatdan çox olan özəl şirkətlər qiymətləndiriləcək. PAŞA Bank ölkənin ilk nüfuzlu “Best Managed Companies Azerbaijan” proqramında tərəfdaş olaraq iştirak edir.Ölkənin aparıcı korporativ bankı PAŞA Bank, məşhur beynəlxalq biznes müsabiqəsi olan “Azerbaijan’s Best Managed Companies” proqramına tərəfdaşlıq edir. Proqram beynəlxalq konsaltinq firması olan Deloitte tərəfindən dünyanın 37 ölkəsində həyata keçirilir və bu il PAŞA Bankın dəstəyi ilə Azərbaycanda ilk dəfə keçiriləcək.
“Azerbaijan’s Best Managed Companies” müsabiqəsi illik gəliri 20 milyon manatdan çox olan özəl şirkətlərinin idarəetmə strukturunu qiymətləndirir və onların üstünlüyünü tanıdır. Bu yeganə müsabiqədir ki, şirkətin fəaliyyətini müxtəlif prizmadan nəzərdən keçirir. Proqrama qatılan şirkətlər müsabiqədə qalib olmaq üçün ciddi seçim prosesindən keçməklə yarışacaqlar. Proqram, şirkətin dəyərləri, strateji hədəflər, müştəri diqqəti, effektiv iş modellərinin və yenilikçi həllərin istifadəsi, iqtisadi inkişafa töhfəsi və digər göstəricilər daxil olmaqla, müxtəlif biznes göstəricilərini və biznes parametrlərini qiymətləndirir.
Bu il proqramda iqtisadiyyatdakı çağırış dolu dövründə şirkətlər tərəfindən görülən tədbirlərin səmərəliliyi, distant işin təşkili, şirkətlərin işçilərinin əməyinin və sağlamlığının qorunması və pandemiya nəticəsində yaranan bütün çətinliklərin aradan qaldırılması kimi məsələlər nəzərə alınacaq.
PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, iqtisadiyyatın real sektorunun inkişafının əsas aparıcı qüvvələrindən biri olan PAŞA Bank, Azərbaycan bazarda rəqabətliyinin daha da gücləndirilməsi, müasir təcrübənin və ən yeni praktikaların tətbiqinin tərəfdarıdır.
“Azerbaijan’s Best Managed Companies” qiymətləndirilmə və tanınma proqramı bizneslərdə istifadə edilən iş modellərinin qiymətləndirməsini, iqtisadiyyatın real sektorundakı şirkətlərin ən güclü tərəflərini, məqsədlərini təhlil etməyə, eləcə də özəl şirkətlər inkişafı üçün potensial imkanları müəyyənləşdirməyə imkan verəcək. Sistem əhəmiyyətli bankı qismində PAŞA Bank, iqtisadiyyatın real sektorunu təmsil edən biznesin davamlı fəaliyyətinə və Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi töhfənin artırılmasında maraqlıdır”, - deyə, T. Kazımov vurğuladı.
Nuran Kərimov, Deloitte Azərbaycanın İdarəedici Partnyoru bildirib: “Böyük məmnunluq hissi ilə demək istəyirəm ki, 30 ilə yaxın 36 ölkədə uğurla keçirilən Best Managed Companies layihəsi bu il Azərbaycanda gerçəkləşəcək. Burada hədəfimiz Azərbaycanda sahibkarlığa dəstək olmaqdır. Mən çox məmnunam ki, bu layihənin baş tutması üçün dəyərli tərəfdaşlarımızla öz səylərimizi birləşdiririk. Bu müsabiqədə iştirak özəl şirkətlər üçün bir çox imkanlar və üstünlüklər yaradır. Layihə çərçivəsində Deloitte mütəxəssisləri iştirakçı şirkətlərin idarəetməsini dəyərləndirib onlarla aparıcı beynəlxalq praktikanı paylaşacaq və praktiki tövsiyələr verəcəklər. Qalib şirkətləri müstəqil hakimlər heyəti müəyyən edəcək. Azərbaycanın özəl sektorda olan şirkətləri bu nüfuzlu yarışmada iştirak etməyə dəvət edirik”.
Daha ətraflı məlumat üçün http://www.deloitte.az/bestmanagedcompanies ünvanına daxil olun.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 saat sonra
-
-
5 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
13 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
15 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"























.jpg)
