Rusiya, Şimali Koreya, İran - hakerlər üçün “Cənnət”
“admin” ən çox sevilən və ən tez qırılan şifrədir...
Qlobal miqyasda son 1 ildə dövlətin dəstəklədiyi haker hücumlarının 58%-nin arxasında Rusiya dayanır. Hakerlərin ən çox himayə edildiyi digər ölkələr Şimali Koreya (23%), İran (11%) və Çindir (8%).
Marja xəbər verir ki, bu barədə Microsoft-un “Rəqəmsal Müdafiə Hesabatı”nın (Digital Defense Report) son buraxılışında qeyd olunub.
2020-ci ilin iyunundan cari ilin iyuluna qədərki haker hücumlarını qiymətləndirən hesabat ən çox hücuma məruz qalan ölkələrin ABŞ (46%), Ukrayna (19%) və Böyük Britaniya (9%) olduğunu bildirir. Haker hücumlarının əsas hədəfləri isə dövlət qurumları (48%), QHT-lər və “beyin mərkəzləri” (31%), təhsil (3%) və İT (2%) sektorudur.
Kiberhücumların motivlərinə gəldikdə, Rusiyanın başlıca hədəfi dövlət qurumlarının plan və strategiyaları barədə kəşfiyyat məlumatları toplamaqdırsa, Çinli hakerlər əsasən yeni texnoloji və əqli mülkiyyət məhsullarını oğurlamaqda maraqlıdır.
Neçəyə satırlar?
Microsoft haker hücumlarının xidmət haqqına dair də məlumatları dərc edib. Belə ki, hər hansı şəxsin işə qəbul olunması üçün işəgötürənin korparativ sisteminə uğurlu hücum 250 dollara təklif olunur. İrihəcmli məlumatların ələ keçirilməsi üçün bir hücum başına 66 dollar qabaqcadan, yaxud ələ keçirilən vəsaitin 30%-i istənilir. Bir kompüterə “sızma” 10 sentdən 90 sentə, mobil telefonun şifrəsini qırma 82 sentdən 3 dollara qədər dəyişir. Oğurlanmış istifadəçi adı və şifrələrin hər 1000 ədədi isə 1 dollara satılır.
Hesabatda digər maraqlı məlumat haker hücumları zamanı tətbiq olunan şifrə kombinasiyalarıdır. Hücumların 96%-də hesablları qırmaq üçün istifadə olunan şifrə 10 simvoldan, 92%-i 8 simvoldan az, 72%-i isə cəmi 6 simvoldan ibarət olub. Son 45 gündə hakerlərin ən çox istifadə etdiyi və uğurlu olduğu şifrə “admin” sözüdür (20 milyon dəfə). Şifrə üçün digər çox işlənən sözlər “root”, “nc11”, “user” və “enable” sözləridir. Bu, hesabları qorumaq üçün şifrə seçiminin nə qədər vacib olduğunu göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 17 saat sonra
-
- 4 d. əvvəl
- 12 d. əvvəl
-
23 d. əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
-
1 saat əvvəl
"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Asiya bankı Azərbaycanda "yaşıl istiqraz"ların pilot buraxılışını nəzərdən keçirir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Əliyevin Zelenski ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır
Ən çox oxunanlar

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir

ChatGPT-ni yaradan şirkətin dəyəri 500 milyard dollara çatıb
