Pambıq bahalaşmaqda davam edir - 10 İLİN REKORDU YENİLƏNDİ
Pambıq qiymətləri 10 ilin ən yüksək səviyyələrində qalmaqda davam edir. Pambıq bazarında xüsusilə Çinin ABŞ pambığı alışını sürətləndirməsi diqqəti çəkir.
Pambıq fyuçersləri pis hava şərtlərinin əsas stehsalçılarda məhsula mənfi təsir etməsi və Çinin idxalını artırmasının təsiri ilə yüksəlməkdə davam edir. Qiymətlər 10 illik ən yüksək səviyyəni yeniləyib.
Marja xəbər verir ki, ən aktiv ticarət olunan fyuçers müqaviləsinin qiyməti Cümə günü Nyu Yorkda 3% artaraq poundu 1,1495 dollara qədər qalxıb (1lbs və ya 1 pound 0,453597 kiloqramdır. 1 kq = 2.20462 lbs (pound)
Qiymətlər son 12 ayda təxminən 70% yüksəlib və bu vəziyyət qlobal geyim istehsalçılarının xərclərini artırır.
Güclü və fasiləsiz yağış ABŞ-ın cənub əyalətlərindən bitkilərin keyfiyyətini pozub, şiddətli yağış Çinin əsas istehsal bölgəsi Sincanda da məhsula mənfi təsir göstərib.
ÇİN, ABŞ PAMBIĞI ALIŞINI ARTIRIB
Rəsmi məlumatlara görə, Çinin ABŞ-dan həftəlik pambıq alışları, 23 Sentyabrda sona çatan dövrdə son bir ilin ən yüksək səviyyəsinə çatıb.
Çin, pandemiyanın səbəb olduğu geriləmədən sonra qlobal tələbdəki artım ilə əlaqədar olaraq ABŞ-dan daha çox məhsul satın almağa yönəlib.
ABŞ-da birjalar tərəfindən izlənilən anbarlarda pambıq ehtiyatları Bazar ertəsi günü təxminən bir ilin ən aşağı səviyyəsinə düşüb və ardıcıl 15 həftədir azalır.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
7 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
8 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
8 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
























