Putin Rusiyaya giriş və çıxış üçün yeni bir prosedur hazırlamağı tapşırıb
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov cümə günü bildirib ki, Rusiya hakimiyyəti ölkəyə giriş və çıxış üçün yeni bir prosedur hazırlayır.
Onun sözlərinə görə, prezident Vladimir Putinin tapşırığı ilə yeni bir yanaşma hazırlanır.
Marja xəbər verir ki, Lavrov, "Prezidentin tapşırığı ilə Daxili İşlər Nazirliyi, Rusiya Federasiyasına giriş və çıxışa dair şəffaf və əhatəli bir prosedur hazırlayır. Bu prosedurların şəffaf olmasını istəyirik" deyib.
"Biznesin rahat olmasında maraqlıyıq və əlbəttə ki, viza dəstəyi, viza rahatlığı, investisiya cəlbediciliyinin bir hissəsi olmalıdır", - Rusiyanın Xarici İşlər naziri əlavə edib.
Xatırladaq ki, may ayında Rusiya Dumasının iclasında rusların ölkədən çıxışına qadağa qoyulması fikri səsləndirilmişdi. Qeyd edilmişdi ki, səyahət qadağası, ölkə daxilində vətəndaşların istirahəti məsələsinin həllinə və turizmin inkişafı üçün milli layihədə qoyulan iddialı məqsədlərin reallaşmasına kömək edəcək. Həmçinin o vaxt bildirilmişdi ki, vətəndaşların hərəkət azadlığını məhdudlaşdırmaq düzgün bir yol deyil. Hər şeydən əvvəl ölkədə yaxşı, keyfiyyətli infrastruktur obyektləri, otellər, turizm obyektləri yaradılmalıdır.
Xatırladaq ki, Rusiya hökuməti tərəfindən xaricə səyahət etmək əvəzinə daxili turizmin inkişafı 2030-cu ilə qədər milli layihələrdən biri kimi elan edilmişdir. Məqsəd 10 il ərzində ölkə daxilində daxili səyahət sayını iki dəfə artırmaqdır. Əgər 2019-cu ildə Rusiyanı 65 milyon insan gəzibsə, 2030 -cu ildə 140 milyon olacaq, yəni faktiki olaraq, ölkədə demək olar ki, bütün turizmin yerli olması təklif olunur.
2020-ci ilin aprel ayında Lavrov, səlahiyyətlilərin, Sovet İttifaqı təcrübəsinə bənzər, vətəndaşlar üçün çıxış vizası tətbiq etməyi "qətiliklə planlaşdırmadıqlarını" söyləmişdi. O, "Bu məsələ heç kim tərəfindən müzakirə edilmir. Hərəkət etmək azadlığı hüququ Konstitusiyamızda təsbit edildiyindən, prinsipcə heç bir qadağa ola bilməz" demişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
18 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























