BVF qlobal iqtisadi artım proqnozunu aşağı saldı
IMF 2021-ci il üzrə qlobal iqtisadi artım proqnozunu 6%-dən 5,9%-ə edirdi.Beynəlxalq Valyuta Fondu (BVF, IMF) qlobal bərpanın sürətinin azaldığına işarə edərək, qlobal iqtisadiyyatın 2021-ci ildə 5,9% böyüyəcəyini təxmin edir.
Marja xəbər verir ki, BVF-nin əvvəlki proqnozu 6% idi. BVF 2022-ci il üçün qlobal iqtisadi artım proqnozunu dəyişməyərk 4,9%-də saxlayıb.
Fond qlobal iqtisadi inkişafa qarşı təhdidlərin artdığına diqqət çəkib. Valyuta Fonduna görə, koronavirusun Delta variantının yayılması, təklif çətinlikləri, yüksələn inflyasiya, qida və enerjidə artan xərclər risk faktorlarıdır.
Eyni zamanda IMF aşağı gəlirli ölkələrin məhdud peyvənd ala bildiklərini də vurğulayıb.
BVF ABŞ iqtisadiyyatına dair 2021-ci ildə iqtisadi artım təxminini isə təklif problemləri ilə əlaqədar olaraq 1 bənd aşağı salaraq 6% artıma endirib. IMF 2022-ci ildə ABŞ iqtisadiyyatının artım proqnozunu isə 4,9%-dən 5,2%-ə yüksəldib.
IMF-yə görə, Çin iqtisadiyyatı bu il 8%, gələn il isə 5,6% böyüyəcək. Hər iki proqnoz əvvəlki proqnozlar ilə müqayisədə 0,1 bənd aşağıdır.
IMF Avro Bölgəsi iqtisadiyyatı üzrə 2021-də artım təxminini 4,6%-dən 5%-ə yüksəldib, 2022-ci il üzrə proqnozunu 4,3%-də sabit saxlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















