Rusiya dövləti yüksək inflyasiyaya görə əhaliyə kömək edəcək
Rusiya Prezidenti Vladimir Putin, ölkə cəmiyyətinin çoxlu sayda ortaq çətinlik ilə qarşı-qarşıya olduğunu bildirərək, "Sabit inkişafı, əhalinin təbii artımını təhdid edən əsl düşmənimiz, vətəndaşlarımızın, milyonlarla insanımızın aşağı gəliridir" deyib.Rusiya Prezidenti Vladimir Putin, Dumaya seçkilərdən sonra ilk dəfə yeni millət vəkilləri ilə Kreml Sarayında görüşüb.
Marja xəbər verir ki, ölkə iqtisadiyyatını qiymətləndirən Putin, "İnflyasiya, bu il təxmin edilən 5,8% səviyyəsinin üzərində reallaşacaq. Yüksək inflyasiya, əhalinin ən yoxsul təbəqələrinə təsir edir. Bunu anlamalı, bilməli və buna görə reaksiya verməliyik" deyib.
Vətəndaşların inflyasiya qarşısında dəstəklənilməsi istiqamətində müxtəlif addımlar atılacağını qeyd edən Putin, "Hökumətə bir ay ərzində vətəndaşlarımıza dövlət dəstəyi tədbirlərinə dair əlavə təkliflər təqdim etməsi tapşırığını vermişəm" deyib.
Rusiyanın ən böyük problemlərindən birinin yoxsulluq olduğuna diqqəti çəkən Putin, bunları qeyd edib:
"Ölkəmiz, yəni bütün cəmiyyətimiz kompleks çətinliklərlə qarşı-qarşıyadır. Sabit inkişafı, əhalinin təbii artımını təhdid edən əsl düşmənimiz, vətəndaşlarımızın, milyonlarla insanımızın aşağı gəliridir. Əsl vəzifəmiz, vətəndaşların gəlirlərini artırmaq, ölkənin bütün bölgələrində məşğulluq yaratmaq, iqtisadiyyatı daha da böyütmək, yüksək texnologiyalı sənayeləri dəstəkləmək, kiçik müəssisələrin inkişafını məhdudlaşdıran maneələri qaldırmaq, beləcə insanlara mümkün olduğunca çox fürsət təqdim etməkdir".
Xəbər verdiymiz kimi, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi 2021-ci ilin sonuna Rusiyada inflyasiya proqnozunu 5,8%-dən 7,4%-ə qaldırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 3 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
18 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















