Azərbaycanda “İnvestisiya səyahəti” layihəsinə start veriləcək
Məqsəd biznesin kapital bazarları vasitəsilə maliyyələşməsinə, mövcud bizneslərin inkişafına və korporativ idarəetmə standartlarının təşviqinə dəstək olmaqdır.Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə maliyyə savadlılığının artırılması, kapital bazarı vasitəsilə maliyyələşmənin təşviqi məqsədilə oktyabrın 20-dən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "Bakı Fond Birjası" QSC (BFB) və investisiya şirkətlərinin təşkilatçılığı ilə “İnvestisiya səyahəti” layihəsinə start verəcək.
Bu barədə AMB-dən bildirilib.
Məlumata görə, layihənin əsas məqsədi kiçik və orta biznes təmsilçilərinin, o cümlədən yeni biznes subyektlərinin kapital bazarları vasitəsilə maliyyələşməsinə, mövcud bizneslərin inkişafına və korporativ idarəetmə standartlarının təşviqinə dəstək olmaqdır.
Eyni zamanda layihə çərçivəsində regionlarda fəaliyyət göstərən biznes subyektlərinin kapital bazarları və BFB-də listinqin üstünlükləri barədə məlumatlandırılması, qiymətli kağızlar bazarı haqqında məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və ümumilikdə biznes ictimaiyyətinin diqqətinin kapital bazarlarına yönəldilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində ilk tədbir Xaçmaz rayonundakı KOB İnkişaf Mərkəzində keçiriləcək. Tədbirdə BFB-nin və investisiya şirkətlərinin nümayəndələrinin kapital bazarlarından maliyyələşmə və listinq mövzularında təqdimatların etməsi, o cümlədən biznes subyektləri üçün ödənişsiz investisiya məsləhətləri verməsi və onları Birjanın həyata keçirdiyi “Listinq Məsləhət Proqramı”na dəvət etməsi planlaşdırılır. Həmçinin tədbir çərçivəsində investisiya şirkətlərinin kapital bazarları vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilərək onların maliyyələşmə imkanlarını dəyərləndirməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















