Ən dəyərli şirkət 1 aya 230 milyard dollar itirib
Çip böhranı, müştəri məyusluğu - SƏBƏBLƏRABŞ-ın texnologiya nəhəngi, bazar dəyərinə görə dünyanın ən iri şirkəti olan Apple zirvəyə qalxdıqdan sonra sürətli enişə başlayıb.
Marja xəbər verir ki, sentyabrın 7-də rekord dəyərə - 2 trilyon 590 milyard dollara çatan Apple-ın səhmləri son 1 aydan artıq müddətdə 9% ucuzlaşıb.
Nəticədə Apple-ın itirdiyi bazar dəyəri - 229 milyard dollar ABŞ birjalarında səhmləri ilə ticarət əməliyyatları aparılan 500 şirkətin cəmləşdiyi indeksin - S&P500 qrupunun 94%-nin bazar dəyəri ekvivalentindədir.
Səhmlərin ucuzlaşmasının əsas səbəblərindən biri Apple-ın sentyabrın 14-də təqdim etdiyi yeni iPhone 13 modellərinin müştərilərin gözləntilərini doğrultmaması və daha az yeniliklərlə satışa buraxılmasıdır.
Apple-ın dəyərinin azalmasının digər səbəbi çip böhranı səbəbindən smartfonların istehsalında azalma xəbərdarlığıdır. Sentyabrın 13-də Qərb mətbuatı iPhone 13 modellərinin 10milyon ədəd daha az istehsal ediləcəyini bildirib.
Dünən günorta seansında 143 dollardan ticarəti aparılan Apple səhmləri günün sonunda 6% ucuzlaşaraq, 135 dollardan satılıb.
Həmçinin oxu
Çip böhranı iPhone istehsalını da vurduMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















