Finlandiya Rusiya şirkətlərinin hesablarını kütləvi şəkildə bağlayır
Finlandiya bankları kütləvi şəkildə Rusiya kapitallı şirkətlərin hesabların bağlayır və yeni hesablar açılmır.
Marja xəbər verir ki, bu barədə Rusiya Federasiyasının ölkədəki ticarət missiyasından bildirilib.
Problem 2015-ci ildə, Krımın ilhaqına və Donbasdakı müharibəyə cavab olaraq Qərbin sanksiyalar dalğasından sonra ortaya çıxıb və o vaxtdan həll olunmayıb.
"Bu cür hallar narahatlıq doğurur", - Rusiya ticarət missiyasının rəhbəri Anton Loginov Finlandiya rəsmiləri ilə keçirilən dəyirmi masa zamanı bildirib.
"Hazırda "Norilsk Nikel" və "Rosatom" kimi böyük dövlət şirkətlərinin iştirakı ilə layihələr də daxil olmaqla, Finlandiya iqtisadiyyatına 3 milyard dollardan çox Rusiya birbaşa sərmayəsi yatırılıb. Bank problemlərinin ortaya çıxması təkcə Rusiya investorlarına deyil, Finlandiya iqtisadiyyatına da təsir edir, çünki Finlandiyanın hüquqi şəxsləri olan şirkətlər ən böyük işəgötürənlər və vergi ödəyiciləri arasındadır və onların fəaliyyəti regional inkişafın lokomotividir", - ticarət nümayəndəsi deyib.
Finlandiya Maliyyə Nəzarəti Agentliyinin Departament direktoru Pekki Vasara bildirib ki, Avropa Birliyi maliyyə qanunvericiliyinin sərtləşdirilməsi ilə əlaqədar olaraq, Finlandiya bankları xarici müştərilərə xidmət göstərilməsi ilə bağlı qərar verərkən risklərin qiymətləndirilməsindən çıxış edirlər.
Rusiya rəsmiləri problemin həllinə çalışır. Rusiya Federasiyası Mərkəzi Bankı və Finlandiya Maliyyə Nəzarəti Agentliyi arasında məsləhətləşmələr planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 3 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
18 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























