Azərbaycanda helikopter servis mərkəzi açılacaq - Tədbirlər Planı imzalandı
Moskvada 10-cu HeliRussia-2017 Beynəlxalq Sərgisi çərçivəsində Azərbaycanda helikopterlərin əsaslı təmiri və texniki xidmət üzrə servis mərkəzinin yaradılmasına dair danışıqların növbəti raundu keçirilmişdir.
"Azərbaycan Hava Yolları" QSC-nin Prezidenti Cahangir Əsgərov, “Vertoletı Rossii” Holdinqinin Baş Direktoru Andrey Boqinskiy, "Silk Way Holding"-in Prezidenti Zaur Axundov və “Silk Way Helicopter Services”-in Baş Direktoru Azər Sultanov danışıqlarda iştirak etmişdirlər.
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın 16-cı iclasının qərarlarının yerinə yetirilməsi çərçivəsində tərəflər Azərbaycan Respublikasında Rusiya və sovet istehsalı mülki və hərbi helikopterlərə texniki xidmət üzrə servis mərkəzinin açılmasına dair layihənin həyata keçirilməsində qarşılıqlı marağını təsdiqləmişdirlər.
Sözügedən layihə üzrə birgə işə 2016-cı ildə başlanılmışdır. Bakıda “ADEX 2016” sərgisi çərçivəsində "Silk Way Helicopter Services" və "Vertolyotı Rossii" Azərbaycan ərazisində Rusiya istehsalı Мi-8/17 tipli mülki helikopterlərin təmiri üzrə servis mərkəzinin açılmasına dair saziş imzalamışdı.
Başlanan işin davamı olaraq 10-cu HeliRussia-2017 Beynəlxalq Sərgisində "Azərbaycan Hava Yolları" QSC-nin Prezidenti Cahangir Əsgərov və “Vertoletı Rossii” Holdinqinin Baş Direktoru Andrey Boqinskiy "Azərbaycan ərazisində Rusiya və sovet istehsalı mülki helikopter texnikasının təmiri və texniki xidmət üzrə servis mərkəzinin təşkili layihəsinə dair 2017-ci il üçün Əsas Tədbirlər Planı"nı imzalamışdırlar.
"Silk Way Helicopter Services" şirkəti Azərbaycanın ən müasir aviasiya müəssisələrindən biridir. Aviaşirkətin helikopterləri hər il 50 mindən artıq sərnişin daşıyır. Hazırda şirkətin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına Sikorsky S-92A, Leonardo Helicopters AW139, Airbus Helicopters AS-332L1, Airbus Helicopters EC-155B1, Мi-8МТВ-1, Мi-8АМТ helikopterləri¸ həmçinin Cessna 172S tipli təyyarələr daxildir.
"Vertolyotı Rossii" - Rusiyada helikopterlərin yeganə istehsalçısı, eləcə də dünyada müasir mülki və hərbi helikopterlərin layihələndirilməsi, istehsalı, sınağı və texniki xidmət imkanlarına malik azsaylı şirkətlərdən biridir. “Vertolyotı Rossii” holdinqi “Rostex” Dövlət Korporasiyasının strukturuna daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
47 d. əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüş olub, geniş tərkibdə görüş başlayıb
-
1 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar


























