Azərbaycanla Slovakiya arasında iqtisadi əməkdaşlıq haqda Saziş imzalandı
Azərbaycanın Baş naziri Əli Əsədov Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla görüşüb.
Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə iki ölkə arasında fəal siyasi dialoqun aparıldığı vurğulanıb.
Azərbaycanın Avropa İttifaqına üzv ölkələrlə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğu bildirilib.
Azərbaycanla Slovakiya arasında iqtisadi-ticari, enerji, nəqliyyat, tranzit, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Baş nazir Ə. Əsədov Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin, o cümlədən də Zəngəzur dəhlizinin Slovakiya və Aİ üçün maraqlı olacağını vurğulayıb, rəqəmsal və yaşıl iqtisadiyyat sahələrində əməkdaşlıq imkanlarının olduğunu qeyd edib.
Qeyd edildi ki, Azərbaycan Slovakiya da daxil olmaqla dost ölkələrin şirkətlərinin işğaldan azad edilmiş torpaqların bərpasında iştirakında maraqlıdır.
Xarici və Avropa işləri naziri İvan Korçok Slovakiyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və yaxşı siyasi münasibətləri iqtisadi sahəyə də şamil etməyin vacibliyini vurğulayıb.
Sonda Azərbaycan Hökuməti ilə Slovakiya Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş imzalandı. Sazişi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Slovakiya Respublikasının xarici və Avropa işləri naziri İvan Korçok imzalayıb.
Sazişə əsasən ikitərəfli iqtisadi əməkdaşlığın əlaqələndirilməsi və təşviq edilməsi məqsədilə İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Slovakiya Birgə İşçi Qrupun yaradılması nəzərdə tutulub.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
-
11 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
11 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
11 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























