Sentyabrda Azərbaycanın Dövlət Neft Fondu 0,7 milyard dollar itirib
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri (investisiya portfeli) 2021-ci ilin sentyabr ayında təxminən 0,7 milyard dollar azalaraq 44,2 milyard dollara düşüb. Avqustun sonunda Fondun cəmi aktivləri 44,9 milyard dollara çatmışdı.
Marja Fonda istinadən xəbər verir ki, ötən ilin sonunda təxminən 43,6 milyard dollar təşkil etmiş cəmi vəsaitlər avqust ayınadək təxminən 1,3 milyard dollar artmışdı. Sentyabr ayında isə Fond vəsaitlərinidən təxminən 0,7 milyard dollar itirib və cəmi vəsaitləri 44,2 milyard dollara düşüb. Nəticədə ilin əvvəlindən artım təxminən 0,66 milyard dollar səviyyəsində olub.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin xarici valyutalar üzrə bölgüsünə görə, 30.09.2021-ci il tarixinə, Fondun 44 milyard 226 milyon dollar investisiya portfelinin 69,1%-i ABŞ dollarında, 19,5%-i Avroda, 4,9%-i İngilis funt sterlinqində, qalan hissəsi də digər valyutalarda olub.
ARDNF-in investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 63,1% təşkil edib. Bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 2,1 faiz bəndi azdır. Əvəzində Fond portfeldə səhmlərin payını 3,7 faiz bəndi artırarıq 14,4%-dən 18,1%-ə çatdırıb.
Hesabat dövründə portfeldə daşınmaz əmlakın payı dəyişməyərək 6% qalıb, qızılın payı isə 1,6 faiz bəndi azalaraq 14,4%-dən 12,8%-ə düşüb. Xatırladaq ki, hazırda ARDNF-in 101,8 ton qızılı var ki, bu da 1 il əvvələ nisbətən eynidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat sonra
-
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
22 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 22 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























