İqtisadiyyat naziri 7-ci Dünya İnvestisiya Forumunda çıxış edib
İqtisadiyyat naziri Mikayıl Cabbarov 7-ci Dünya İnvestisiya Forumu çərçivəsində onlayn formatda “Davamlı İnvestisiyalar üzrə dəyirmi masa” panel sessiyasında çıxış edib.
Nazir forumun investisiya mühitinin yaxşılaşdırılması istiqamətində atılacaq addımlara töhfə verəcəyinə əminliyini ifadə edib, ölkəmizin investisiya siyasətinin prioritetləri barədə məlumat verib. Vurğulanıb ki, Vətən müharibəsində qazanılan böyük Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərimizin bərpası inkişaf üçün yeni çağırışlar və reallıqlar yaradıb, ölkə iqtisadiyyatının investisiya cəlbediciliyi daha da artıb. Tədbirdə COVİD-19 pandemiyasının milli iqtisadiyyata göstərdiyi təsirlər, Azərbaycan hökumətinin müvafiq dəstəkləyici tədbirləri barədə məlumat verilib, 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri qeyd olunub. İqtisadiyyat naziri Azərbaycanda biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdığını, qanunvericiliyin, biznes qeydiyyatı, vergi və gömrük sistemlərinin təkmilləşdirildiyini, inzibati prosedurların sadələşdirildiyini, korporativ idarəetmənin, dövlət-özəl tərəfdaşlığının, e-hökumətin əhatə dairəsinin genişləndirildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, ölkə iqtisadiyyatının postpandemiya dövründə hərtərəfli bərpasına dəstək üçün yerli və xarici investisiyaların cəlbi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi xüsusi önəm kəsb edir. Bu baxımdan, sənaye zonaları, Ələt Azad İqtisadi Zonası investisiya fəaliyyətinin canlanmasında əlverişli mexanizmlərdir.
İqtisadiyyat naziri bildirib ki, 2021-ci ilin 1 aprel tarixindən fəaliyyətə başlamış Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afilə edilmiş Azərbaycan Mərkəzi ölkəmizdə rəqəmsal ekosistemin inkişafına, Dördüncü Sənaye İnqilabı texnologiyalarının sürətli mənimsənilməsinə və tətbiqinə təkan verməklə, “yaşıl iqtisadiyyat”ın inkişafında, investisiyaların cəlb edilməsində əhəmiyyətli platformadır.
Forumda Türkiyə, Rusiya, Çin, Almaniya, Böyük Britaniya, Koreya, Meksika, Tayland, Misir və digər ölkələrin iqtisadiyyat, sənaye, ticarət və investisiya nazirlərinin yaxın illərdə milli və beynəlxalq investisiya siyasətinin formalaşmasında prioritetlər və davamlı bərpa məqsədilə əsas sektorlara investisiya qoyuluşlarının sürətləndirilməsi barədə çıxışları dinlənilib, müzakirələr aparılıb.
Qeyd edək ki, Dünya İnvestisiya Forumu investisiya siyasətinin hazırlanmasına dəstək göstərmək, biznes və siyasət sahəsində dünya liderləri ilə qarşılıqlı əlaqə üçün imkan yaradan qlobal platformadır. Hər 2 ildə 1 dəfə keçirilən Dünya İnvestisiya Forumunda 160-a yaxın ölkədən 5000-dən çox investor iştirak edir
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















