Azərbaycanda sığorta haqlarının 76%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda toplanılmış 655,62 milyon manat sığorta haqqının 499,508 milyon manatı və yaxud 76,2%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının hesabatına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (235,335 milyon manat), "PAŞA Sığorta" (150,626 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 51,544 milyon manat), eləcə də “Qala Sığorta” (36,318 milyon manat) və “Atəşgah Həyat Sığorta” (35,685 milyon manat) ASC-lərdir.
9 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə bazara yeni daxil olmuş “Meqa Həyat Sığorta” (339 min manat), eləcə də "Naxçıvan Sığorta" (1,756 milyon manat), “Bakı Sığorta” (3,808 milyon manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (3,984 milyon manat) və “Xalq Həyat Sığorta” (4,909 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 13,896 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,1%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 142,216 milyon manat (21,7%) təşkil edib.
Sığorta ödənişlərinin 87%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyata keçirilmiş 373,491 milyon manat sığorta ödənişinin 326,332 milyon manatı və yaxud 87,4%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (178,248 milyon manat) və “PAŞA Sığorta” (58,449 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 49,037 milyon manat), eləcə də "Atəşgah Həyat Sığorta" (24,561 milyon manat) və “Xalq Sığorta” (16,037 milyon manat) ASC-lərdir.
9 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (43 min manat), “Xalq Həyat Sığorta” (89 min manat), “Naxçıvan Sığorta” (285 min manat) və “Bakı Sığorta” (688 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,105 milyon manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 46,054 milyon manat (12,3%) təşkil edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
-
3 saat əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 3 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 20 saat əvvəl
-
21 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
21 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycan neftinin son qiyməti
Bank Qarabağda ilk filialını açdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub

















.jpg)


.jpg)

