“PAŞA Kapital” “Bravo”nun 40 milyon manatlıq istiqraz buraxılışını həyata keçirəcək
Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışı üzrə “Bravo” brendi adı altında etibarlı və aparıcı şirkətlərdən biri olan “Azərbaycan Supermarket” MMC ilk dəfə kapital bazarlarında istiqraz buraxılışı həyata keçirəcək.
Cəlb olunan vəsait şirkətin uzun-müddətli böyümə strategiyasına uyğun olaraq cari layihələrin maliyyələşməsində istifadə olunacaq.
İstiqrazlar hər birinin nominal dəyəri 1 000 AZN olmaqla 40 000 ədəd satışa çıxarılacaq və ilk buraxılışda 10 000 ədəd təklif olunacaq. İllik faiz dərəcəsi 10.5% olmaqla rəqabətli hərrac üsulu ilə Bakı Fond Birjasında təklif olunacaq istiqrazlar üzrə faiz ödənişləri 3 il müddətində hər 3 aydan bir olaraq ödəniləcəkdir.
İstiqrazların nominal dəyəri sonuncu kupon ödənişi ilə birgə ödənəcəkdir.
Təklif olunan istiqrazların anderrayteri qismində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC çıxış edəcəkdir.
PAŞA Kapital İnvestisiya Şirkəti 2012-ci ilin iyun ayında yaradılmış və 2020-ci ildə əməliyyat dövriyyəsini təqribən 13 milyard manata çatdırmaqla bu göstəriciyə görə ölkənin ən iri investisiya şirkətinə çevrilmişdir. 2021-ci ilin ilk 9 aylıq nəticələrinə əsasən, şirkət Bakı Fond Birjasında əməliyyat dövriyyəsinə görə lider mövqeyini qoruyub və 10.2 milyard manat ticarət həcmi ilə ilk pillədə qərarlaşıb. Şirkət müştərilərə yerli və xarici maliyyə bazarlarında vasitəçilik, anderraytinq, marja ticarəti və digər investisiya xidmətləri təklif edir.
Peşəkarlığı ilə seçilən PAŞA Kapital İnvestisiya Şirkəti QSC 2013-cü ildə “EMEA Finance” jurnalı tərəfindən “Azərbaycanda ən yaxşı broker şirkəti” nominasiyası üzrə mükafata layiq görülmüşdür. 2019-cu ildə isə nüfuzlu “CBONDS” şirkəti tərəfindən “İlin ən yaxşı investisiya şirkəti” mükafatı ilə təltif olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 19 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























