Gəlir vergisi üzrə gələn il dövlət büdcəsinə daxil olacaq vəsaitin həcmi açıqlanıb
2022-ci ildə Azərbaycan dövlət büdcəsinə Dövlət Vergi Xidmətinin xətti ilə gəlir vergisi üzrə 4 milyard 155 milyon manat daxil olması proqnozlaşdırılır. Bu, nəzərdə tutulan büdcə gəlirlərinin 15,6%-inə bərabərdir.
Bu barədə Azərbaycan Respublikası 2022-ci il dövlət büdcəsi haqqında Qanununda deyilir.
Sözügedən məbləğin 2 milyard 670 milyon manatı hüquqi şəxslərin gəlir vergisi, 1 milyard 485 milyon manatı isə fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi hələlik müəyyənləşib.
Qeyd edək ki, 2021-ci ilin ilk yarısında Dövlət Vergi Xidmətinin xətti ilə gəlir vergisi üzrə 2 milyard 222 milyon manat daxil olub. Məbləğin 578 milyon manatı fiziki şəxslərin gəlir vergisi, 1 milyard 644 milyon manatı isə hüquqi şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşüb. Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar illik müqayisədə 3%, hüquqi şəxslərin gəlir vergisi üzrə daxilolmalar isə 9,6% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 19 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























