"PAŞA Kapital" şirkəti “Azərbaycan Supermarket”in 10 milyon manatlıq istiqraz buraxılışını həyata keçirdi
İstiqrazlar investorlar tərəfindən böyük marağa səbəb olub. Belə ki, təklif edilən həcm 10 milyon manat olsa da, sifarişlərin ümumi məbləği 27 milyon manat təşkil edib.(®) Doqquz ildən artıqdır ki, Bakı Fond Birjasının üzvü kimi fəaliyyətini uğurla davam etdirən PAŞA Kapital İnvestisiya Şirkəti anderrayter kimi çıxış etdiyi daha bir emissiyanı uğurla tamamlayıb.
Hərrac yekunlarına əsasən istiqrazlar investorlar tərəfindən böyük marağa səbəb olub. Belə ki, təklif edilən həcm 10 milyon manat olsa da sifarişlərin nominal qiymətlə ümumi məbləği 27 milyon manat təşkil edib.
Hərrac nəticəsində istiqrazların kəsmə qiyməti 1,032.4225 AZN (9.25%), orta ölçülmüş qiyməti 1,039.9676 AZN (8.9658%) müəyyən edilib.
Qeyd edək ki, istiqrazın illik faiz dərəcəsi 10.5 %, faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək.
AZƏRBAYCANIN ƏN BÖYÜK İNVESTİSİYA ŞİRKƏTİDİR
"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC 2012-ci ilin iyun ayında yaradılmış və 2021-ci ilin ilk doqquz ayında Bakı Fond Birjasındaəməliyyat dövriyyəsini təqribən 10,2 milyard manata çatdırmaqla bu göstəriciyə görə ölkənin ən iri investisiya şirkətinə çevrilmişdir. Şirkət müştərilərə vasitəçilik, anderraytinq, marja ticarəti və digər investisiya xidmətləri təklif edir. Qeyd edək ki, şirkət “CBONDS” beynəlxalq maliyyə agentliyi tərəfindən “İlin ən uğurlu ilkin bazar yerləşdirməsi” mükafatına layiq görülmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 19 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























