"Neftin qiymətinin düşməsi müvəqqətidir, 90 dollara yüksələcək"
Keçən həftə neftin qiymətinin azalması müvəqqəti xarakter daşıyır, ilin sonuna kimi neft bazarında kəsirin güclənməsi fonunda bir barel üçün 90 dollara kimi bahalaşa bilər.
Marja xəbər verir ki, bu proqnoz qlobal investisiya bankı Goldman Sachs bankının hesabatında yer alıb.
Keçən həftə Brent markalı neftin qiyməti 86,7 dollar/barelə keçsə də, sonra yenidən 83 dollar/barelə enib. Goldman Sachs analitiklərinin fikrincə, neftin qiymətini bir qədər geriləməsinə İranın ABŞ-la nüvə sazişi üzrə danışıqları bərpa etməyə çalışdığı xəbərləri, eləcə də Rusiyanın noyabrın 8-dən sonra Avropanın yeraltı qaz anbarlarına qaz nəqlini bərpa edə biləcəyi ilə bağlı bəyanatlar səbəb olub.
“Əslində bu xəbərlərin heç biri vəziyyəti kökündən dəyişmir. İranla danışıqlar bərpa olunsa belə, İran neftinin 2022-ci ilin aprelindən əvvəl bazara qaytarılması mümkün deyil. Gazprom-un açıqlamaları d aqarşıdakı qışda yerində qaz satışının artacağına zəmanət vermir", - deyə analitiklər öz hesabatlarında yazır.
Neft qiymətləri yalnız kəsir ilə yüksəlir. 22-ci ilin əvvəlində neft tələbi indiyədək ən yüksək səviyyəyə yüksəlmə bilər. Goldman Sachs-a görə, neft bazarında təklif kəsiri ardıcıl ikinci aydır sutkada 2,5 milyon barel olaraq qiymətləndirilir. "Bu vəziyyət son 13 ildə ehtiyatların ən aşağı səviyyəsinə gətirib çıxara bilər ki, bu da qiymətləri daha da dəstəkləyəcək", - bankın analitikləri yekunlaşdırıblar.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
18 d. əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
1 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
1 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
1 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü























