"Tibb xidmətləri baha olduğuna görə ƏDV-nin qaytarılması mexanizmi bu sahəyə də aid edilir"
“İstehsaldan son istehlaka qədər məhsullar sənədləşdirilməlidir”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin İdarə rəisi Nicat İmanov deyib.
O bildirib ki, ƏDV ödəyicisi olmayan digər subyektlərin də məlumatları vergi orqanlarına veriləcək:
“Artıq uzun müddətdir, vergi orqanları tərəfindən vergi uçot sənədlərinin elektronlaşdırılması prosesi gedir. İlkin uçot sənədlərinin elektronlaşdıırlması siyasəti riskli vergi ödəyicilərinin sayını minimuma endirəcək. ƏDV-nin qaytarılması mexanizminin tibbi xidmətlərə də aid edilməsi, eyni zamanda ƏDV-nin qaytarılması mexanizminin avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışına aid edilməməsi nəzərdə tutulur. Əhalinin bu layihəyə geniş marağı var. Bu dövr ərzində əhaliyə 119 milyon manat geri qaytarılıb. Vergidən yayınan sahələrdən biri də tibb xidmətləridir. Tibb xidmətləri kifayət qədər baha olduğuna görə bu sahəyə də ƏDV-nin qaytarılması mexanizminin aid edilməsi nəzərdə tutulur. Tütün məmulatları və alkoqollu içkilərin alışının ƏDV-nin qaytarılması mexanizminə aid edilməməsi isə bu sahədə sui-istifadə hallarının qarşısını almağa hesablanıb”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat sonra
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 13 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























