Baydenin OPEC+-a qarşı ittihamlarından sonra neft kəskin ucuzlaşdı
Çərşənbə günü Amerika administrasiyasının OPEC+a qarşı növbəti hücumundan sonra neft qiymətlərində avqust ayından bəri ən kəskin geriləmə baş verib.
Marja xəbər verir ki, ABŞ Prezidenti Co Baydenin, "Səudiyyə Ərəbistanı və Rusiyanın rəhbərlik etdiyi bir kartelin hasilatı artırmaması ilə əlaqədar olaraq enerji qiymətlərinin yüksəldiyini" deməsindən sonra "qara qızıl"ın qiyməti düşür.
Bayden deyib: “Birincisi, qiymət artımının vacib səbəbi koronavirus pandemiyasının tədarük zəncirinə təsir göstərməsidir. İkincisi, benzinin qiymətinə, neftin qiymətinə diqqət yetirsək, bu, Rusiya və ya OPEC ölkələrinin daha çox neft hasil etməkdən imtina etməsinin nəticələridir. Gəlin görək bu, sonda hara aparacaq."
Brent markalı neft 4% ucuzlaşaraq qiyməti 81,35 dollara düşüb (Bakı vaxtı ilə saat 23:55-ə olan məlumat).
Diplomatik mənbələrinə görə, ABŞ Yaponiya, Hindistan və hətta Çin də daxil olmaqla, əsas neft idxal edən ölkələrdən ibarət koalisiya yaradılıb və OPEC+ sabah (04 noyabrda) hasilat planlarını dəyişməzsə, bu hərəkətə cavab veriləcəkdir.
İndi kartelin 23 dövləti hər ay hasilatı gündəlik 400 min barel artırır. Lakin bu, "Goldman Sachs"a görə, gündəlik 4,5 milyon barel kəsiri bağlamaq üçün kifayət deyil.
ABŞ-ın neft kartelinə qarşı dəqiq hansı tədbirləri görə biləcəyi sual olaraq qalır.
Bloomberg-in məlumatına görə, ABŞ və digər əsas neft istehlakçıları, o cümlədən Çin, Yaponiya və Hindistan artıq bir neçə həftədir ki, OPEC+a təzyiq göstərmək və iştirakçı ölkələri hasilatı daha da artırmağa məcbur etmək üçün bağlı qapılar arxasında diplomatik kampaniya aparır.
Amma “qara qızıl” idxal edən ölkələr hasilatın daha çox artırılmasını istəyirlər. Bloomberg-in mənbələrinə görə, Bayden administrasiyası benzin qiymətlərinin son 7 ilin ən yüksək səviyyəsinə qalxmasından narahatdır və OPEC+ın noyabrın 4-də keçiriləcək növbəti iclasında heç bir tədbir görməyəcəyi təqdirdə cavab paketi hazırlayıb.
OPEC+ ölkələrinin nazirləri oktyabrın 4-də keçirilən iclasda noyabrda neft hasilatını sutkada 400 min barel artırmağı davam etdirmək qərarına gəliblər. Belə ki, OPEC+ ölkələrinin neft hasilatını cəmi azaltmaları oktyabr ayında sutkada 4,559 milyon barel olub, noyabrda isə 4,159 milyon barel təşkil edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















