"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" ötən ili mənfəətlə başa vurub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC 2020-ci ili 229 min manat mənfəətlə başa vurub. Halbuki, şirkət 2019-cu ildən 50 min manat zərərlə çıxmışdı.
Ötən il "Hərbiləşdirilmiş Mühafizə İdarəsi"nin gəlirləri 6,185 milyon manat (əvvəlki ilə nisbətən 14,4% çox), xidmətlərinin maya dəyəri 5,645 milyon manat (8,5% çox), ümumi və inzibati xərcləri 310 min manat (20,6% çox) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə "Hərbiləşdirilmiş Mühafizə İdarəsi"nin aktivləri 861 min manat olub ki, bu da illik müqayisədə 71,2% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 20,9% artaraq 745 min manata, balans kapitalı isə 2,7% artaraq 116 min manata çatıb.
Xatırladaq ki, "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 42 min manatdır. Şirkət rabitə obyektlərinin mühafizəsini, yanğın təhlükəsizliyinə nəzarəti həyata keçirir.
Telegramda Marja.az səhifəsinə abunə olun
Reprot
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
12 d. əvvəl
Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb
-
- 32 d. əvvəl
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 11 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Bakıda “Şəhər daxilində yeni şəhər” - Böyükşor gölü ətrafına 5 milyard dollaradək investisiya yatırılacaq

Rəsmi məzənnələr açıqlandı

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
