Böyük qızıl şirkəti rəqibini 2,8 milyard dollara alır
Avstraliyanın ən böyük qızıl mədənçisi Kanadalı rəqibini 2,8 milyard dollara alacaq.Avstraliyanın ən böyük qızıl istehsalçısı olan "Newcrest Mining Ltd" kanadalı rəqibi "Pretium Resources Inc." şirkətini 3,5 milyard Kanada dollarına (2,8 milyard dollar) alacaq.
Marja Şirkətin mətbuat xidmətindən verilən məlumata itinadən xəbər verir ki, "Pretium Resources"un səhmdarları şirkətin hər bir səhminə 18,5 Kanada dolları və ya 0,80847 "Newcrest" səhmi alacaqlar.
Hazırda "Newcrest" "Pretium Resources"un 4,8%-nə sahibdir.
Müqavilənin 2022-ci ilin birinci rübündə bağlanacağı gözlənilir. Nəticədə "Pretium Resources" səhmdarları "Newcrest" səhmlərinin təxminən 8%-ni alacaqlar.
"Pretium Resources"un aktivlərinə Kanadanın qərbində yerləşən "Brucejack Mine" daxildir. Şirkət ötən ay mədəndə yeni yüksək dərəcəli qızıl yatağı aşkar edib.
"Brucejack Mine" "Newcrest" şirkətinin "Red Chris" mədənindən 40 km məsafədə yerləşir. Sövdələşmə başa çatdıqdan sonra şirkət "Brucejack"in aparıcı operatoru olacaq.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
18 d. əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
-
22 d. əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
25 d. əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 26 d. əvvəl
- 28 d. əvvəl
- 30 d. əvvəl
- 32 d. əvvəl
- 34 d. əvvəl
-
35 d. əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
- 46 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
Qeyri-neft ixracında özəl şirkətlər kəskin artım göstərib, dövlət ixracatçılarında azalma qeydə alınıb



























