Lukaşenko Avropa İttifaqını qazı kəsməklə hədələyib
Belarus Prezidenti Aleksandr Lukaşenko Avropa İttifaqına xəbərdarlıq edib.
RİA Novosti-nin verdiyi xəbərə görə, Aleksandr Lukaşenko Aİ-ni Minskə qarş sanksiyalar tətbiq etməzdən qabaq bu ölkə ərazisindən keçən qaz kəməri və malların tranziti barədə düşünməyə çağırıb.
"Polşa bizi sərhədləri bağlayacağı ilə qorxudur. Buyurun bağlayın, daha az adam ora qaçacaq. Onzus da məsələ bu deyil. Bəs biz Belarusdan tranziti bağlasaq? Ukraynadan bu keçmir, çünki bu ölkənin Rusiya ilə sərhəddi bağlıdır. Baltikyanı yollar yoxdur. Biz yolu polyaklar və almanlar üçün bağlasaq, onda nə olacaq? Biz öz suverenliyimizi və müstəqilliyimizi müdafiə edərkən heç nədə tərəddüd etməməliyik", -deyə Lukaşenko bildirib.
Belarus Prezidenti qeyd edib ki, Yamal - Avropa transmilli əsas ixrac qaz kəməri ölkə ərazisindən keçir və son vaxtlar Rusiyadan Qərbə qaz tranzitinin həcmi xeyli artıb.
"Biz Avropanı qızdırırıq, hələ də bizi hədələyirlər ki, sərhədi bağlayacaqlar. Bəs biz orada təbii qazı kəssək? Ona görə də mən Polşa rəhbərliyinə, litvalılara və digər başsız adamlara danışmazdan əvvəl düşünməyi tövsiyə edərdim. Amma bu, onların öz işidir. Əgər bağlamaq istəyirlərsə, qoy bağlasınlar. Amma XİN Avropadakı hər kəsə xəbərdarlıq etməlidir: əgər bizə qarşı qəbuledilməz əlavə sanksiyalar tətbiq etsələr, cavab verməliyik. Necə cavab verəcəyik, bunu 6 ay əvvəl sizinlə razılaşmışıq", - deyə Belarus Prezidenti qeyd edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 4 saat əvvəl
-
17 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
19 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























