Azərbaycanda İranın yük maşınlarının vergidən azad edilməsi təklif edilir
İran və Azərbaycan ticarətdəki maneələri, o cümlədən Azərbaycan ərazisindən keçən İranın yük maşınlarına tətbiq edilən vergini aradan qaldırmaq üçün yollar axtarır.
İran mətbuatının yaydığı məlumata görə, bunu İranın yolların və şəhərlərin inkişafı naziri Rüstəm Qasemi deyib.
Onun sözlərinə görə, sözügedən məsələ İranda hazırda rəsmi səfərdə olan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə müzakirə edilib.
R. Qasemi Ş.Mustafayevlə iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsini, bir sıra iqtisadi məsələləri müzakirə edib: “Biz İran yük maşınlarına tətbiq edilən vergiləri və iki ölkə arasında nəqliyyat əlaqələrinin asanlaşdırılması məsələsinə baxacağıq. Ş.Mustafayevlə tətbətək görüşdə Azərbaycanda İranın yük maşınlarına tətbiq edilən verginin aradan qaldırılması mövzusunu qaldıracağam”.
Ş.Mustafayev İranın yolların və şəhərlərin inkişafı naziri ilə keçirilən görüşündən sonra bildirib ki, Bakı İranla bütün iqtisadi sahələrdə əlaqələri genişləndirməkdə maraqlıdır.
O qeyd edib ki, yaxın vaxtlarda Azərbaycanla İran arasında energetika sahəsində əməkdaşlıq genişləndirilə bilər, o cümlədən ortaq neft və qaz layihələri icra edilə bilər.
Xatırladaq ki, Azərbaycanın Baş naziri Şahin Mustafayevin İrana səfəri çərçivəsində iki ölkə arasında bu gün İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclası keçirilib.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla İran arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,9 % artaraq 293,265 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsində Azərbaycanın İrana ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,9 % azalaraq 21,057 milyon ABŞ dolları, idxalı isə 29,4 % artaraq 272,208 milyon ABŞ dolları təşkil edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
6 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
8 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti









.jpg)
















