AQTA sədri Rusiya ilə sərhəddə yaranmış sıxlığa münasibət bildirib
"Bəzən sahibkarlar xaricə ixrac etmək istədikləri məhsullara fitosanitar nəzarəti düzgün həyata keçirmirlər. Elə hal olur ki, virusa görə yoxlanışdan keçməyən digər məhsullar onların məhsullarında aşkar olunur".
Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ona görə Rusiya və digər ölkələrə kənd təsərrüfatı məhsulunu ixrac etmək istədikdə sahibkarlar AQTA-ya müraciət edərək məhsullarını lazımi laboratoriyalarda müayinə etdirdikdən sonra ixrac edə bilərlər:
"Azərbaycanın pomidor ixracı potensialı il ərzində 360 min ton olmağına baxmayaraq, bu il 120 min tona yaxın ixrac olunub. İxrac üçün maneə yoxdur, sadəcə bu məsələyə diqqət etməlidirlər ki, hər hansı problem ortaya çıxmasın".
Agentlik sədri deyib ki, həyata keçirilən fitosanitar nəzarət tədbirləri nəticəsində bu ilin noyabrın 9-dək fitosanitar nəzarətdə olan bir sıra bitkiçilik məhsullarının Azərbaycandan Rusiyaya ixracında əhəmiyyətli dərəcədə artım müşahidə olunub: "Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ölkəyə xurma ixracında 46%, kartof ixracında 23%, xiyar və kornişon ixracında 35%, şaftalı və nektarin ixracında 182%, qarpız ixracında 144%, təzə üzüm ixracında 178%, gavalı və göyəm ixracında 33%, nar ixracında 17%, çiyələk ixracında 117%, armud ixracında isə 192% artım müşahidə edilib. Eləcə də Rusiyanın müvafiq qurumu tərəfindən tətbiq edilən məhdudiyyətlər şəraitində bu ölkəyə 119 min ton pomidor, 52 min ton alma ixrac olunub".
Agentlik sədri eyni zamanda Rusiya ilə sərhəddə yaranmış sıxlığa da münasibət bildirib: "Rusiya tərəfi ilə müzakirə etdik və qərara gəlindi ki, AQTA-nın və digər müvafiq qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Dağıstanda görüş keçirilsin. Həmin görüşün nəticəsi kimi sıxlığın qarşısını almaq üçün addımlar atılması nəzərdə tutulur. Təkliflərdən biri budur ki, Dağıstanda bitkiçilik məhsullarının laborator müayinələri son çatdırılma məntəqəsində aparılsın. Bu da sərhəddə fitosanitar nəzarətin qarşısını almağa imkan verəcək. Beləliklə, sıxlıq aradan götürülə bilər".
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
6 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
8 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti









.jpg)



















