Təhlükəli koronavirus variantı aşkar edilib - DAHA YOLUXUCUDUR VƏ PEYVƏND TƏSİR ETMİR
Daha yoluxucudur, peyvəndlərə qarşı güclü müqavimət göstərir.Alimlər Cənubi Afrikada mutasiyaya uğramış yeni bir Covid-19 variantı (ştammı) aşkar etdiklərini açıqlayıblar. Çoxlu sayda fərqli mutasiyaları özündə birləşdirən B. 1.1.529 adlı variant narahatlıqların artmasına səbəb olub.
Marja.az xəbər verir ki, alimlər, B. 1.1.529 variantının bədənin müdafiə sistemindən qaçaraq daha çox xəstəliyə səbəb ola biləcəyini qeyd edirlər.
B. 1.1.529 variantının, peyvəndlərin immunitet sistemini Covid-19-a qarşı hazırlamaq üçün istifadə etdiyi virusun hissəsi olan spike zülalında 32 mutasiyaya malik olduğu vurğulanıb.
Kembric Universitetindən professor Ravi Gupta, B. 1.1.529 variantının daha yolxucu və peyvəndləri təsirsiz edə biləcəyini qeyd edib.
Cənub Afrikada çıxan B. 1.1.529 kod adlı variantın Delta variantından daha təhlükəli olduğu barədə məlumatlar yayılır. Bir çox mutasiya ilk dəfə bir yerdə görünür.
Koronavirusun yüksək səviyyədə mutasiyaya uğramış B. 1.1.529 adı verilən variantının yayılması vəziyyətində iqtisadiyyatlarda yeni bağlanma tədbirləri ola biləcəyi narahatlığı qlobal bazarlarda təşvişə səbəb olub.
Ortaya çıxan bu yeni variantın bütün dünyaya yayılması riski var.
Ümumdünya Səhiyyə Təşkilatı yeni variantın əvvəlkilərdən daha sürətli yayılıb-yayılmadığını, daha ölümcül olub-olmadığını araşdırır.
İngiltərə və İsrail, Cənubi Afrika və yeni variant riski daşıyan digər beş Afrika ölkəsindən uçuşları müvəqqəti dayandırır.
"Azərbaycan da dünyadan təcrid olunmuş ölkə deyil"
“Hazırda Azərbaycanda koronavirus pandemiyası ilə bağlı epidemoloji nəzarət altındadır. Hər zaman qeyd etdiyimiz ki, mutasiyalar viruslara xas xüsusiyyətdir. Yəni yeni ştamların meydana çıxması gözlənilən prosesdir”.
Bunu açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, Azərbaycan da dünyadan təcrid olunmuş ölkə deyil: “Bütün dünya ölkələri ilə inteqrasiya olunan dövlətik. Bu səbəbdən yeni mutasiyaların Azərbaycana gəlməsi və yayılması mümkün olan haldır. Ölkədə yeni mutasiyaların təyin olunması üçün bütün imkanlar mövcuddur. Azərbaycanda yeni ştam aşkarlandığı təqdirdə bununla bağlı məlumat dərhal ictimaiyyətə təqdim olunur”.
Y.Qarayeva əlavə edib ki, virusla mübarizə aparmaq üçün qorunma üsullarında heç bir dəyişiklik yoxdur: “Mutasiya baş verdiyi halda bu nə xəstəliyin profiliaktikasına, nə də müalicəsinə təsir etmir. Xəstəlikdən qorunmaq üçün qapalı məkanlarda maskalardan istifadə etməli, mümkün qədər kütləvi yerlərdən uzaq durmalı, fiziki məsafə qorunmalı, tez-tez əllər yuyulmalı və dezinfeksiya edilməlidir.
Ən önəmlisi isə əhalinin kütləvi vaksinasiya prosesində iştirak etməsidir. Bununla bağlı çağırışlarımızı və tövsiyələrimizi vermişik. Qış mövsümünə hazırlıq olaraq vaxtı çatan və tövsiyə olunan qruplarda üçüncü doza vaksinin vurulması mütləq tövsiyə olunur”.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrika Respublikası və Botsvanada aşkar edilən, potensial sürətlə yayılan COVID-19-un yeni və ən təhlükəli ştamını müzakirə etmək üçün bu gün təcili iclas çağırıb. Böyük Britaniya alimləri Botsvanada 32 mutasiyanı ehtiva edən koronavirus ştamının peyda olması barədə xəbərdarlıq ediblər. Mutasiyaların çoxu onun yüksək ötürülmə qabiliyyətini və peyvəndlərə qarşı güclü müqavimətini göstərir, ştamın bütün digər COVID-19 variantlarına nisbətən sünbül zülalında daha çox dəyişikliklər var.
Cənubi Afrika Respublikasının Milli Yoluxucu Xəstəliklər İnstitutu daha sonra yeni ştamın Cənubi Afrika Respublikasında aşkarlandığını, indiyə qədər 22 yoluxma halını təsdiqləyib. B.1.1.529 adlı yeni COVID-19 ştamı ilə 10 yoluxma müəyyən olunub. Mutasiyalar zəif immun sistemi olan, o cümlədən HİV və ya QİÇS xəstələrini daha tez yoluxdurur.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 27 d. əvvəl
-
- 39 d. əvvəl
-
1 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
1 saat əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
2 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Ən çox oxunanlar
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
























