ÜST: "Omicron"un daha sürətli yayıldığına dair dəqiq dəlil yoxdur
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), yeni növ koronavirusun (Covid-19) "Omicron" ştammının daha sürətli yayıldığına və "Delta" daxil olmaqla digər variantlar ilə müqayisədə daha şiddətli xəstəliyə səbəb olduğuna dair dəqiq bir dəlil olmadığını açıqlayıb.
Marja.az ÜST-ün yaydığı açıqlamaya istinadən xəbər verir ki, "Omicron" variantının ortaya çıxdığı Afrika qitəsinin cənubundakı ölkələrə səyahət qadağası tətbiq olunması tənqid olunub.
Açıqlamada, "Artan sayda ölkələr, yeni "Omicron" variantı ilə əlaqədar narahatlıqlar səbəbilə cənubi Afrika ölkələrinə uçuş qadağaları tətbiq edərkən, ÜST ölkələri elmi və Beynəlxalq Səhiyyə Tənzimləmələrini izləməyə dəvət edir" deyilir.
ÜST, səyahət məhdudiyyətlərinin, Afrika ölkələrində dolanışıq mənbələri və tədarük zəncirləri mövzusunda mənfi təsir yarada biləcəyilə əlaqədar olaraq sərhədlərin bağlanılmaması çağırışını edib.
"Omicron"un "Delta" daxil digər variantlar ilə müqayisədə daha yoluxucu olub olmadığının və birşəxsdən digər şəxsə daha asan yayılıb yayılmadığının dəqiq olmadığı vurğulanan açıqlamada, bununla birlikdə Afrikanın cənubundakı ölkələrdə Covid-19 testi müsbət çıxan insanların sayının artdığına diqqət çəkilib. Açıqlamada, bu vəziyyətin "Omicrondan"mı yoxsa digər faktorlardan qaynaqlandığını anlamaq üçünaraşdırmaların davam etdiyi qeyd edilib.
ÜST, "Omicron"un, Covid-19-un digər variantları ilə müqayisədə daha şiddətli xəstəliyə səbəb olub olmadığının hələ dəqiq olmadığını bildirib.
Qeyd edək ki, Türkiyə, İngiltərə, ABŞ, Kanada, Almaniya, Yaponiya və Birləşmiş Ərəb Əmrliklərinin də olduğu çoxlu sayda ölkə, 25 Noyabrda "Omicron" variantının aşkar edilməsinin ardından Cənubi Afrika Respublikası başda olmaqla bəzi Afrika ölkələrinə səyahət məhdudiyyətləri tətbiq ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























