Dünya yüksək inflyasiya təzyiqləri fonunda yeni pandemiya dalğasına daxil olur - Putin
"Dünya iqtisadiyyatı yüksək inflyasiya təzyiqləri fonunda növbəti pandemiyanın dalğasına qədəm qoyur".
Marja xəbər verir ki, bunu çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putin "VTB Capital" "Rusiya çağırır!" investisiya forumunun plenar iclasında bildirib.
Putinin sözlərinə görə, yüksək inflyaiyanın səbəblərindən biri tələbin bərpası zamanı tədarük zəncirlərinin qırılmasıdır.
“İqtisadi gündəmə gəldikdə, mövcud vəziyyətin fərqli xüsusiyyəti dünyanın pandemiyanın növbəti dalğasına daxil olduğu dövrdə yüksək inflyasiya təzyiqidir”, - deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, bahalaşmaya bütöv bir kompleks səbəb olub: “Xüsusən də son vaxtlar turizm, nəqliyyat, ictimai iaşə sahələrində xidmətlərə istehlakçı tələbatı azalıb və tələb mallara yönəlib. Eyni zamanda, bağlanan sərhədlər və tətbiq edilən məhdudiyyətlər səbəbindən bir çox tədarük zəncirləri qırılıb, müəyyən mallar üçün kəsir yaranmağa başlayıb və bu, qiymətləri yüksəldib".
Rusiya prezidenti qeyd edib ki, əksər inkişaf etmiş ölkələrin son dərəcə yumşaq büdcə siyasəti inflyasiyanın sürətləndirilməsində mühüm amil, bəlkə də əsas rol oynayıb.
“Cari ildə müşahidə olunan büdcə kəsirinin artımı və buna görə də qlobal inflyasiya riskləri hələ də qalmaqdadır. Təbii ki, genişmiqyaslı vəsaitlərin iqtisadiyyata daxil olması çətin anlarda vətəndaşları və biznesi dəstəkləməyə imkan verdi. Biz bunu Rusiyada da edirik. Eyni zamanda, belə bir qlobal təsir, belə demək mümkünsə, bütün bunlar qlobal bazarlarda, o cümlədən əmtəələrdə qiymətlərin kəskin sıçrayışına səbəb oldu”, - Putin bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















