Neft gecə kəskin ucuzlaşıb - avqustun 23-dən bəri ilk dəfə...
ICE birjasında Brent markalı neftin qiyməti avqustun 23-dən bəri ilk dəfə bir barel üçün 68 dollardan aşağı düşüb.
Londonun ICE birjasında 2022-ci ilin fevral ayı üçün Brent markalı neftin fyuçers müqaviləsinin qiyməti 7,4% düşərək bir barel üçün 67,8 dolları görüb. Brent markalı neftin bir barelinin qiyməti sonuncu dəfə 23 avqust 2021-ci ildə 68 dollardan aşağı olub.
Marja xəbər verir ki, eyni zamanda WTI markalı xam neftin fyuçerslərinin qiyməti 7,51% azalaraq 64,70 dollar/bareli test edib.
Koronavirusun Omikron ştammının yayılması ilə əlaqədar olaraq bir sıra ölkələr, o cümlədən ABŞ səyahət qaydalarını sərtləşdirməyi planlaşdırır. Bloomberg-in mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ-a hava yoluyla gələn bütün sərnişinlər, peyvənd vəziyyətləri nə olursa olsun, yola çıxışından sonra bir gün ərzində testdən keçiriləcək.
Dekabrın 1-də keçiriləcək OPEC ölkələrinin nazirlərinin iclası OPEC-in 2022-ci ildə fəaliyyətinin təşkilati məsələlərinə həsr olunacaq, orada neft hasilatının səviyyəsinin müzakirəsi planlaşdırılmır.
OPEC-in iclası Bakı vaxtı ilə saat 17:00-a planlaşdırılıb. Bu iclas OPEC+ formatında dekabrın 1-2-nə planlaşdırılan bir sıra görüşlərdən əvvəl baş tutacaq. Təşkilatın iclasının gündəliyindən məlum olur ki, neft bazarı ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulmur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
-
-
4 saat əvvəl
Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib
-
6 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
-
6 saat əvvəl
Azərbaycan zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib
-
7 saat əvvəl
Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
Ən çox oxunanlar

Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Kolleclərə yeni təyinatlar olub

Azərbaycandan Rusiya gedənlərin sayı 30 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalıb

Azərbaycana turist axını azalıb - Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb

Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
