Fitch, Türkiyənin kredit reytinqinin proqnozunu "sabit"dən "mənfi"yə dəyişdi
Beynəlxalq kredit reytinqi təşkilatı "Fitch Ratings", Türkiyə iqtisadiyyatını qiymətləndirib.
Marja.az xəbər verir ki, "Fitch" Türkiyənin kredit reytinqinin proqnozunu "sabit"dən "mənfi"yə (neqativə) dəyişib. Beləliklə, Türkiyənin kredit reytinqinin daha da aşağı düşməi riski artıb.
Türkiyənin 2021-ci il üçün iqtiasadi artım proqnozu 9,2%-dən 10,5%-ə yüksəldilib.
Türkiyənin kredit reytinqi "BB-" olaraq təsdiq edilib, ölkənin kredit reytiniqinin proqnozu "sabit"dən "mənfi"yə endirilib.
Türkiyənin yeni növ koronavirus (Covid-19) epidemiyasının təsirli olmağa başladığı 2020-ci ildə ümumi daxili məhsulunun (ÜDM) 1,8% olduğu xatırladılan açıqlamada, ölkə iqtisadiyyatının 2021-ci ildə isə 10,5% böyüməsinin təxmin edildiyi qeyd edilib. "Fitch", sentyabr ayında dərc olunmuş Qlobal İqtisadi Proqnozlar Hesabatında Türkiyə iqtisadiyyatının bu il 9,2% artacağını nəzərdə tutmuşdu.
Təşkilatın açıqlamasında, ölkə iqtisadiyyatına dair 2022-ci il artım proqnozunu isə 3,5%-dən 3,6%-ə yüksəldildiyinu qeyd edib.
Türkiyənin iqtisadi inkişafının, bənzərlərinə görə güclü olduğuna işarə edilən açıqlamada, ancaq ölkədə adambaşına düşən milli gəlirin dollar ilə ifadədə 2013-cü ildən bu yana azalma meylində olduğu qeyd edilib.
"BB-" reytinqi "sərmayə yatırıla bilər" səviyyəsindən də aşağıdır. Bu reytinq ölkənin mənfi maliyyə və iqtisadi şərtlərin yaratdığı qeyri-müəyyənliklər ilə üz-üzə olduğunu nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























