“ParaBokt” Kredit mütəxəssisi vəzifəsinə işçi qəbul edir
(®) Bazarın liderlərindən biri olan “ParaBokt” Bakı, Bərdə, Tovuz, Gəncə, Goranboy, Ağdaş, Göyçay, Sabirabad, Şəki, İsmayıllı filialları üzrə Kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.
Karyeranı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik
Əsas vəzifələr:
- Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
- Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;
- Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;
- Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
- Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
Tələblər:
-Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
-Ali təhsil/ natamam ali təhsil;
-Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
-Cins: kişi (arzuolunandır)
-Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
-Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
-Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
-Lombard krediti üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək
İş qrafiki
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Kredit üzrə mütəxəssis" başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.
Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 16 d. əvvəl
-
43 d. əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
“Zirə Gülçülük” şirkətinin gəliri və xalis mənfəəti azalıb
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib


















