Qlobal iqtisadiyyata dair artım proqnozları aşağı salındı - "DOLLAR DAHA DA GÜCLƏNƏCƏK"
Beynəlxalq kredit reytinqi təşkilatı"Fitch Ratings", 2021-ci ilə dair qlobal iqtisadi artım proqnozunu 6%-dən 5,7%-ə endirib.
Marja.az "Fitch"in "Qlobal İqtisadi Proqnozlar" Hesabatının dekabr sayına istinadən xəbər verir ki, dünya iqtisadiyyatının bu il 5,7% və 2022-ci ildə 4,2% artmasının gözlənildiyi qeyd edilib. "Fitch", sentyabr ayında açıqladığı proqnozlarda qlobal iqtisadiyyatın 2021-ci ildə 6%, 2022-ci ildə isə 4,4% artacağını nəzərdə tutmuşdu.
Hesabatda, aşağı istiqamətli dəyişikliyə baxmayaraq qlobal iqtisadiyyatın 2021-ci il üzrə artım proqnozunun 1973-cü ildən bu yana ən sürətli artım nisbəti olduğu, qlobal iqtisadiyyatının "staqflyasiyadan" çox uzaqda olduğu qeyd edilib.
Keçən il ərzində qlobal cəmi tələbdəki güclü bərpanın, istehsalda bərabər bir yaxşılaşma ilə qarşılanmadığı qeyd edilən hesabatda, təklif qıtlığının real ümumi daxili məhsulun bu ilin üçüncü rübündə gözləniləndən daha az artmasına, qiymətlərin isə gözləniləndən çox yüksəlməsinə səbəb olduğu bildirilib.
Hesabatda, sənaye istehsalında son dövrdə yaşanan tədarük zənciri axsamaları səbəbilə ABŞ, Almaniya və Yaponiya kimi iqtisadiyyatların bu ilə dair artım təxminlərinin aşağı salındığı qeyd edilib.
2021-ci il üçün iqtisadi artım proqnozu ABŞ iqtisadiyyatı üzrə 6,2%-dən 5,7%-ə, Avro Bölgəsi üzrə 5,2%-dən 5%-ə endirilib.
"Fitch"in hesabatında Çin iqtisadiyyatının 2021-ci ildə 8% və 2022-ci ildə isə 4,8% böyüməsinin gözlənildiyi bildirilib.
Mart ayından bu yana qlobal istehlak mallarının qiymətlərində sürətli artımın, xüsusilə ABŞ-da təmin edilən təşviqlərin qızışdırdığı mal tələbindəki artımı əks etdirdiyinə işarə edilən hesabatda, mal qiymətlərinin 2022-ci ildə sabitləşməsinin gözlənildiyi ifadə edilib.
Hesabatda, inflyasiya proqnozlarında yuxarı istiqamətli dəyişikliklər edildiyi qeyd edilərək, inflyasiya təzyiqlərinin artması ehtimalının yüksəlməsinin mərkəzi bankları arahat etdiyi vurğulanıb.
İnflyasiyanın bir cəmiyyət narahatlığı halına gəldiyi və enerji qiymətlərindəki şoklar ilə daha da gücləndiyinə diqqət çəkilən hesabatda, inflyasiya proqnozlarının artdığı qeyd edilib.
Hesabatda, yüksək inflyasiyanın siyasət gərginliklərini artırdığına işarə edilən hesabatda, "Covid-19-un "Omicron" variantı iqtisadi artım üçün aşağı istiqamətli risk yaradır, ancaq təklifə mənfi istiqamətdə təsir edərək daha çox qiymət artımına səbəb ola bilər və mərkəzi bankların normallaşmanı gecikdirməsi vəziyyətində risk mənasına gələ bilər" ,- deyilir.
Hesabatda, inflyasiyanın qlobal pul siyasəti normallaşmasını sürətləndirdiyi vurğulanaraq, ABŞ Mərkəzi Bankının (Fed) 2022-ci ilin Sentyabr ayında və İngiltərə Mərkəzi Bankının (BOE) bu ayın sonunda faiz artırmasının gözlənildiyi bildirilib.
Avropa Mərkəzi Bankının (ECB) faiz nisbətlərinin 2023-cü ilə qədər sabit qalacağının gözlənildiyi qeyd edilib.
ABŞ dollarının daha da güclənməsinin gözlənildiyinə diqqət çəkilən hesabatda, daha güclü bir dollar və daha zəif Çin iqtisadi artımının 2022-ci ildə əmtəə qiymətləri üzərində təzyiq yarada biləcəyi, inkişaf edən ölkə iqtisadiyyatları üzərindəki təzyiqi artıra biləcəyi qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























