Amerikalıları yarısının fikrincə, ABŞ-da iqtisadi vəziyyət 2022-ci ildə daha da pisləşəcək
Amerikalı seçicilərin əksəriyyəti (61%) hesab edir ki, ABŞ iqtisadiyyatı yanlış istiqamətdə gedir və onların təxminən yarısı (47%) bu əsasda gələn il ölkədə iqtisadi vəziyyətin daha da pisləşəcəyini gözləyir.
Marja.az xəbər verir ki, bu, Wall Street Journal-ın çərşənbə axşamı açıqladığı ictimai rəy sorğusunun nəticələridndən məlum olur.
Qəzet qeyd edir ki, bu cür hisslər Co Bayden administrasiyası və bütövlükdə hakim Demokratlar Partiyası üçün yaxşı heç nə vəd etmir, gələn ilin noyabrında keçiriləcək aralıq seçkilərdə onlar üçün yaxşı nəticələr olmaya bilər.
"Tədqiqat Demokratlar Partiyası üçün [gələcək seçkilərdə] Nümayəndələr Palatasında və Senatda öz kiçik çoxluğunu müdafiə etməyə hazırlaşarkən bir sıra təhlükəli siqnalları göstərir", - qəzet yazır.
“Seçicilərin əksəriyyəti iqtisadi və maliyyə məsələlərini, o cümlədən inflyasiyanı Vaşinqtonun əsas prioritetləri kimi görür və onların fikrincə, Respublikaçılar Partiyası bununla məşğul olmaq üçün daha yaxşı vəziyyətdədir”.
Bunu seçicilərin 44%-nin respublikaçılara səs verəcəyi sorğu məlumatları da təsdiqləyir, əgər aralıq seçkilər bu gün keçirilsəydi, demokratları seçicilərin 41%-i dəstəkləyəcəkdi.
ABŞ Nümayəndələr Palatasının üzvü Şeri Bustosun (İllinoys ştatından olan demokrat) fikrincə, makroiqtisadi göstəriciləri qiymətləndirsək, onlar kifayət qədər yaxşıdır: “Amma şəxsi xərclərdən söz düşsə, avtomobilinizin çənini benzinlə dolduranda sayğac sizə çox şey deyir; və ya baqqal mağazasına getdiyiniz zaman bir funt donuz üçün daha çox pul ödəməli olduğunuz zaman insanlar hər şeyi görürlər".
Bütün bunlar reytinqi aşağı düşməkdə davam edən prezident Baydenin populyarlığına mənfi təsir göstərir. Wall Street Journal-ın araşdırmasına görə, respondentlərin yalnız 41%-i onun ölkə rəhbəri kimi fəaliyyətini müsbət, 57%-i fəaliyyətini mənfi qiymətləndirib.
1500 ölkə sakininin iştirak etdiyi sorğu noyabrın 16-dan 22-dək aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
20 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 7 saat əvvəl
-
20 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
22 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















