OPEC-in rəhbəri: Neft və qaz əsrin ortalarına qədər dünya enerji ehtiyacının 50%-ni təşkil edəcək
"Elmi və statistik məlumatlar neft və qazın tərk edilməsindən danışmır, bu resurslar 2045-ci ilə qədər bütün enerji ehtiyacının 50%-dən çoxunu təşkil edəcəkdir".
Marja.az xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo 23-cü Dünya Neft Konqresinin iştirakçılarına müraciətində deyib.
"Neft və qaza gəldikdə, bəziləri hesab edir ki, bu sektorlar enerjinin gələcəyinin bir hissəsi olmamalıdır, tarixdə qalmalıdır. Onların fikrincə, gələcəkdə yalnız bərpa olunan enerji mənbələri və elektrikli avtomobillər üstünlük təşkil etməlidir. Ancaq elm bizə bunu demir, statistika da demir. Bizim proqnozumuza görə, 2045-ci ilə qədər dünyanın enerji ehtiyacının 50%-dən çoxu neft və qazın payına düşəcək. Neft - təxminən 28%, qaz - 24% -dən çox", - Barkindo deyib.
Dekabrın 6-da Hyustonda Dünya Neft Konqresinin açılışı olub. Dekabrın 9-dək davam edəcək forumda bir sıra ölkələrin nazirləri, enerji şirkətlərinin rəhbərləri iştirak edirlər. Nümayəndə heyətləri enerji təhlükəsizliyinə, yaşıl texnologiyalara, qlobal iqtisadiyyatın pandemiyadan sonrakı bərpasına və artımına və bazar qiymətlərinə nəzər salırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























