Elm və dəstək üzrə Qrant müsabiqəsinə sənəd qəbulu davam edir
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin elm və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş müsabiqəyə sənəd qəbulu dekabrın 14-ü saat 18:00-da başa çatır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) müvafiq istiqamətlər üzrə müsabiqəyə layihə təqdim etmək istəyən KOB subyektlərinin diqqətinə çatdırır ki, layihələrini qeyd olunan tarixədək Agentliyə təqdim edə bilərlər.
KOB subyektləri müsabiqə üçün müvafiq sənədləri Agentliyə elektron ([email protected]) və ya birbaşa (AZ1069, Bakı şəhəri, Atatürk prospekti, 134) təqdim edə bilərlər.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq, müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hər bir şəxs müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manatdır.
Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri müvafiq ərizə, layihə və büdcənin əsaslandırılması üçün nümunəvi formaları Agentliyin saytından (https://bit.ly/3C8XQEm), ətraflı məlumatı isə (012) 404 04 01 və 131 Çağrı Mərkəzindən əldə edə bilərlər. KOB subyektləri müsabiqəyə təqdim ediləcək sənədlərin hazırlanması üçün Agentliyin KOB inkişafı mərkəzlərinin ödənişsiz dəstək və xidmətlərindən istifadə edə bilərlər. Layihələrin qiymətləndirilməsi zamanı onun KOB-ların inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin həyata keçirilməsi üçün tələb olunan müvafiq maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürüləcəkdir.
Müsabiqənin nəticələri 10 fevral 2022-ci il tarixindən sonra KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















