Danışıqlar uğursuz olarsa, ABŞ İranın gəlirlərini məhdudlaşdırmaq üçün tədbirlər görəcək
Yaxın gələcəkdə Tehranın nüvə proqramı ilə bağlı diplomatik fəaliyyət uğursuz olarsa, ABŞ hakimiyyəti İranın gəlir mənbələrini məhdudlaşdırmağa yönəlmiş yeni tədbirlər görəcək.
Marja.az xəbər verir ki, bu barədə cümə axşamı Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
O qeyd edib ki, ABŞ prezidenti Co Bayden hesab edir ki, diplomatiya nüvə böhranından qaçmağın ən yaxşı yoludur: "Bununla belə, İranın nüvə proqramındakı hazırkı irəliləyişləri nəzərə alaraq, Prezident öz köməkçilərinə diplomatiyanın nəticə verməyəcəyi vəziyyətdə başqa variantlara keçmək ehtimalına hazırlaşmağı tapşırıb. Bu, hazırlıq tələb edir”.
"Diplomatiya uğursuz olarsa və İran nüvə proqramı üzrə işləri sürətləndirməyə davam edərsə, biz İranın gəlir gətirən sektorlarına (iqtisadiyyatın) əlavə məhdudiyyətlər tətbiq etmək üçün tədbirlər görməkdən başqa çarəmiz qalmayacaq", - deyə Psaki vurğulayıb.
Ağ Evin sözçüsü əlavə təfərrüatları açıqlamaqdan imtina edib.
Onun sözlərinə görə, ABŞ Xəzinədarlığı rəsmiləri hökumət və biznes nümayəndələri ilə məsləhətləşmələr üçün gələn həftə Birləşmiş Ərəb Əmirliklərinə səfər etmək niyyətindədir. Psakinin sözlərinə görə, İranla ticarətlə bağlı məsələlərin müzakirəsi planlaşdırılır.
Cümə axşamı İranın nüvə sazişi üzrə danışıqların yeddinci raundu çərçivəsində daha bir görüş başa çatıb. Bu tur noyabrın 29-da başlayıb və dekabrın 3-də yekunlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat sonra
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 13 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























