Azərbaycanda qaz hasilatı 23 faiz artmıb
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-noyabr aylarında 47,9 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 20,7 faiz artmışdır.
Sənaye məhsulunun 63,8 faizi mədənçıxarma sektorunda, 30,6 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı eyni səviyyədə qalmış, əmtəəlik qaz hasilatı isə 23,0 faiz artmışdır.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 93,2 faiz, tikinti materiallarının istehsalı 83,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 64,3 faiz, tütün məmulatlarının istehsalı 53,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 31,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 30,5 faiz, kağız və karton istehsalı 28,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 26,3 faiz, hazır metal məmulatlarının istehsalı 24,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 18,9 faiz, mebel istehsalı 18,6 faiz, neft məhsullarının istehsalı 14,6 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 11,9 faiz, qida məhsullarının istehsalı 11,3 faiz, içki istehsalı 3,7 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 1,6 faiz artmış, maşın və avadanlıqların istehsalı 11,1 faiz, geyim istehsalı 16,4 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 18,9 faiz, elektrik avadanlıqlarının istehsalı 19,1 faiz, poliqrafiya məhsullarının istehsalı 44,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 90,2 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 7,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 14,9 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?



















.jpg)





