"Aqro Vest DC" şirkətində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür.Bu gün "Aqro Vest DC" MMC-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi hörmətlə anılmışdır.
Bu barədə Marja-ya şirkətdən bildirilib.
"Heydər Əliyev bəşəriyyət tarixinə gəlmiş ən böyük tarixi şəxsiyyətlərdən biridir. Heydər Əliyev bütün siyasi karyerası boyu xalqımızın müstəqilliyə yetmək istəyini dərindən duymuş,bu istiqamətdə apardığı uğurlu daxili və xarici siyasət nəticəsində güclü və müasir Azərbaycan Respublikasının formalaşmasını həyata keçirmişdir.
15 iyun 1993-cü ildə xalqın istəyi ilə Heydər Əliyevin hakimiyyətə gəlməsi hər il Azərbaycan xalqı tərəfindən “Milli Qurtuluş Günü” kimi qeyd olunur. Məhz onun apardığı xarici siyasəti sayəsində Ermənistan Respublikası ilə atəşkəs elan olunmuş və iqtisadi-sosial,siyasi,hərbi cəhətdən Müasir Azərbaycanın inkişafının təməlləri qoyulmuşdur.
Bu gün Azərbaycan xalqı Heydər Əliyev siyasi kursunun davamçısı olan cənab Ali Baş Komandan,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək xalq-hakimiyyət birliyi nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmuş, 30 illik vətən həsrətinə son qoyulmuşdur.
Azərbaycan xalqı Ümummilli lideri olan Heydər Əliyevin əziz xatirəsini daim öz qəlbində yaşadır", - "Aqro Vest DC-nin yaydığı məlumatda bildirilir .
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























