Azərbaycanda 17 BOKT-un ötən il vergiyəqədərki mənfəəti olmayıb
2020-ci ildə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 42 BOKT-dan 17-nin ötən il vergiyəqədərki mənfəəti olmayıb.
Bunlardan 1-i gəlirləri və xərcləri eyni olan “Optimal Finance”, digər 16-sı isə “Regional”, “Prior Credit”, “Falcon Finance”, “Gold Finance”, “Azinvestkredit”, “Birkart”, “İnkişaf üçün Maliyyə”, “Fintrend”, “Finans İnvest”, “Viza Kredit”, “İDK”, “Union Kredit”, “MJ Financial Services”, “Azərbaycan Mikro-Kredit”, “İcraçı Kredit Agentliyi” və “Kredaqro”dur. Vergiyəqədərki zərərin ən yüksək həddi "Kredaqro”da (1,416 milyon manat), ən aşağı həddi isə "Regional"da (4 min manat) qeydə alınıb.
Qalan 25 BOKT-un isə vergiyəqədərki mənfəəti olub. Bu baxımdan ən yüksək göstərici "Embafinans"da (3,772 milyon manat), ən aşağı göstərici isə "Premier Kredit"də (6 min manat) qeydə alınıb.
8 BOKT - “Aset Maliyyə Texnologiyaları”, “Azəri Star Mikromaliyyə”, “Azpul”, “Caspian İnvest”, “Finans Kredit”, “Omni Finance”, “Para” və “Pro Kredit” 2020-ci ilin, 1 BOKT – “Fintrend” isə 2019-cu ilin hesabatını verməyib, 4 BOKT - “Azfinans”, “Azkredit”, “FNC” və “Nas Project” mikromaliyyə bazarına 2021-ci ildə, 4 BOKT - “Azpul”, “Finans Kredit”, “Optimal Finance” və “Prior Credit” isə 2020-ci ildə daxil olub.
***
2019-2020-ci illərdə bazarda olmuş və hesabat vermiş 39 BOKT-dan 12-si ötən il vergiyəqədərki mənfəətini artırıb. Bunlar “Brand Credit”, “International”, “Azmikroinvest”, “Avrasiya-Kredit”, “PSG Finans”, “Asel Kredit”, “City Finance”, “Effektinvest”, “Aqrarkredit”, “İdeal Kredit”, “TBC Kredit” və “Kəpəzdir”. Ən yüksək dinamika “Brand Credit”də (101,2 dəfə), ən aşağı dinamika isə “Kəpəz”də (1,8%) qeydə alınıb.
10 BOKT-un – “Embafinans”, “MCB”, “Finex Kredit”, “Kredit-Servis”, “Qafqaz-Kredit”, “Merkuri”, “M Bulak”, “Finoko”, “Viator Mikro-Kredit Azərbaycan” və “FİNKA Azərbaycan”ın isə vergiyəqədərki mənfəəti azalıb. Ən çox azalma “FİNKA Azərbaycan”da (93,4%), ən az azalma isə “Embafinans”da (9,1%) qeydə alınıb.
2 BOKT-un – “MF Financial Services” və “Union Kredit”in vergiyəqədərki zərəri artıb. Müvafiq olaraq 25,7 dəfə və 3 dəfə.
4 BOKT-un – “Finans İnvest”, “Birkart”, “Falcon Finance” və “Regional”ın isə vergiyəqədərki zərəri azalıb. Ən çox azalma “Falcon Finance”da (57,5%), ən az azalma isə “Finans İnvest”də (29,7%) qeydə alınıb.
3 BOKT - “Kredex”, “Premier Kredit” və “TCF” 2020-ci ili vergiyəqədərki mənfəətlə, 2019-cu ili vergiyəqədərki zərərlə, 8 BOKT - “Azərbaycan Mikro-Kredit”, “Azinvestkredit”, “Gold Finance”, “İcraçı Kredit Agentliyi”, “İDK”, “İnkişaf üçün Maliyyə”, “Kredaqro” və “Viza Kredit” isə ötən ili vergiyəqədərki zərərlə, əvvəlki ili isə vergiyəqədərki mənfəətlə başa vurub, odur ki, bu kredit təşkilatlarının vergiyəqədərki mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
8 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)














