PayNow-nun dövriyyəsi 2,5 dəfə artıb
Sinqapurun əsas banklarını birləşdirən "PayNow" sürətli ödəniş sisteminin dövriyyəsi ilin ilk on ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2,5 dəfə artıb.
Marja.az xəbər verir ki, bu barədə bazar ertəsi "Straits Times" qəzeti Sinqapur Banklar Assosiasiyasının nümayəndələrinə istinadən məlumat yayıb.
“Yanvar-oktyabr aylarında 64 milyard Sinqapur dollarından çox (46,8 milyard ABŞ) əməliyyatlar həyata keçirilib”, - Assosiasiyadan bildiriblər. 2020-ci ilin eyni dövründə əməliyyatların həcmi 25 milyard Sinqapur dolları (18,3 milyard ABŞ dolları) təşkil etmişdi.
Dövriyyəyə fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilən əməliyyatlar daxildir.
Assosiasiyanın direktoru On-An Ai Boonun sözlərinə görə, bu artım həm də koronavirus pandemiyası ilə bağlıdır, bir çox müəssisələr müştərilərə müxtəlif ödəniş formalarını, o cümlədən "PayNow" təklif edərək nağd pul qəbul etməkdən imtina etməyə çalışırlar. Onun sözlərinə görə, digər amil hüquqi şəxslərin (övlət orqanlarının, sığorta şirkətlərinin, təhsil müəssisələrinin və s. ) bu cür ödənişləri geniş qəbul etməyə başlamaları olub. Gələn il rəqəmsal banklar da daxil olmaqla, yeni iştirakçıların "PayNow" sisteminə qoşulması gözlənilir.
"PayNow" mobil telefon nömrəsi və ya şəxsiyyət nömrəsindən istifadə edərək bank hesabına pul köçürmək üçün təhlükəsiz xidmətdir. Bu ilin aprel ayında Sinqapur və Tayland "PayNow" və "PromptPay" sistemlərini birləşdirərək gündə 1000 Sinqapur dollarına (732 ABŞ dolları) qədər pul köçürülən dünyanın ilk transsərhəd sürətli ödəniş sistemini işə salıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























