Səudiyyənin neft nazirindən "təhlükəli mərhələyə irəliləyirik" xəbərdarlığı
Qlobal neft istehsal 2030-cu ilə qədər kəskin azala və bir enerji böhranı ola bilər.Səudiyyə Ərəbistanı, qlobal neft istehsalının, mineral yanacaqlara sərmayələrin azalması ilə əlaqədar olaraq 2030-cu ilə qədər 30% düşə biləcəyini nəzərdə tutur.
Marja.az xəbər verir ki, ölkənin neft naziri Əbdüləziz bin Selman Riyadda etdiyi açıqlamada, "Neft hasilatına əlavə investisiya yatırılmasa, təhlükəli ola biləcək bir mərhələyə doğru irəliləyirik. Nəticədə bir enerji böhranı ola bilər" deyib.
Səudiyyəli nazir, gündəlik neft istehsalının 2030-cu ilə qədər 30 milyon barelə düşə biləcəyini söyləyib, enerji şirkətləri və sərmayəçilərindən neft və təbii qaza dair "ürküdücü mesajları" nəzərə almalarını istəyib.
Şahzadə Əbdüləziz bu açıqlamanı, Səudiyyənin Maliyyə nazirinin bənzər xəbərdarlıqlarından sonra verib.
Dünyanın bir nömrəli neft ixracatçısı Səudiyyə Ərəbistanı, istehsalı artırmaq üçün hələ də milyardlarla dollar xərcləyən bir neçə ölkə arasında yer alır. Krallıq, istehsal gücünü 2027-ci ilə qədər gündəlik 12 milyon bareldən 13 milyon barelə yüksəltməyə çalışır.
Beynəlxalq Enerji Forumuna görə, neft və təbii qaz layihələrinə qlobal investisiyalar 2020-ci ildə 30% azalaraq 309 milyard dollara geriləyib və bu il yalnız kiçik bir artım baş verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























