Beynəlxalq Enerji Agentliyindən neft ilə bağlı xəbərdarlıq
Beynəlxalq Enerji Agentliyi (İEA), qlobal neft bazarlarında təklif artıqlığının geri döndüyü və koronavirusun Omikron variantına yoluxanların artması ilə gələn il daha böyük bir təklif çoxluğu yarana biləcəyi barədə xəbərdarlıq edib.
Marja xəbər verir ki, OPEC+ın istehsalı artırması və strateji ehtiyatların istifadə edilməsilə qlobal miqyasda neft təklifinin artdığını qeyd edən təşkilat, koronavirusun Omikron variantı ilə təyyarə yanacağına tələbinin azaldığını və anbarların 2022-ci ildə gündəlik 1,7 milyon barel sürətlə dola biləcəyini vurğulayıb.
İEA aylıq neft hesabatında, "Koronavirusa yoluxanların artması, neft tələbində davam edən bərpanı müvəqqəti yavaşlatması, ancaq tərsinə çevirməməsi gözlənilir" deyilir.
İEA hesabatında, "Virusun yayılmasını dayandırmaq üçün görülən yeni tədbirlərin iqtisadiyyat üzərində əvvəlki koronavirus dalğaları ilə müqayisədə daha yüngül bir təsiri ola bilər",- bildirilir.
OPEC+, istehsal məhdudiyyətlərini tamamilə ləğv etsə dünyanın iki böyük ixracatçısı Səudiyyə Ərəbistanı və Rusiyanın illik xam neft istehsalı rekord qıracaq.
İEA-nın təxminlərinə görə, qlobal neft təklifi, 2021-ci ildəki 1.5 milyon barel/gün artımın ardından gələn il 6.4 milyon barel artacaq.
İEA, tələb proqnozlarını isə, yeni səyahət məhdudiyyətlərinin və reaktiv yanacağın istifadəsində nəzərdə tutulan azalmaya paralel olaraq bu və gələcn il üçün 100 min barel/gün azaldıb. Təşkilata görə, neftə tələbatın artması 2021-ci ildə 5,4 milyon barel/gün, 2022-ci ildə isə 3,3 milyon barel/gün təşkil edəcək.
Təşkilat Dekabr hesabatında, qlobal neft təklifinin tələbi keçəcəyini qeyd edib.
Neft qiymətləri, Noyabr sonundan etibarən Omikron variantının ortaya çıxması ilə "ayı" bazarına girdikdən sonra bu ay itkilərinin bir qisimini geri alıb.
Bakı vaxtı ilə saat 16:12-də Brent nefti London ICE Futures Europe birjasında 74,45 dollardan ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






