Türk lirəsi ucuzlaşır, azərbaycanlılar Türkiyədə daha çox mənzil alırlar
2021-ci ilin yanvar-noyabr aylarında (11 ay ərzində) azərbaycanlılar Türkiyədə 1325 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 1124 mənzil almışdılar. Təkcə Noyabrda azərbaycanlılar tərəfindən 185 mənzil alınıb. Oktyabrda azərbaycanlılar tərəfindən 120 mənzil alınmışdı.
“Marja” Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin Yanvar ayında 68 mənzil, Fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Aprel ayında 131 mənzil, May ayında 47 mənzil, İyun ayında 164, İyul ayında 127 mənzil, Avqust ayında 138 mənzil, Sentyabr ayında 162 mənzil, Oktyabr ayında 120 mənzil, Noyabr ayında 185 mənzil alıblar. Ötən ilin eyni aylarında say müvafiq olaraq 99, 90, 95, 35, 42, 70, 115, 154,183,137 və 104 mənzil olmuşdu.
Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 7-ci yerdədir.
Azərbaycanlılar Türkiyədə 2016-da 610 mənzil, 2017-ci ildə 942 mənzil, 2018-ci ildə 1250 mənzil, 2019-cu ildə 1191 mənzil, 2020-ci ildə 1279 mənzil alıblar.
Eyni zamanda, Türkiyənin bir çox böləsində mənzil qiymətləri aşağıdır.
Türkiyə azı 250 min dollarlıq daşınmaz əmlak alanlara vətəndaşlıq verir. Türk lirəsinin dəyərdən düşməsi xaricilərə daşınmaz əmlak satışlarının artmasına səbəb olur.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
- 10 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB

























