Rusiyadan pul köçürmələri azalaraq 11 milyard dollara düşüb
Rusiya Mərkəzi Bankının dərc etdiyi məlumatlara görə, 2021-ci ilin üçüncü rübündə (iyul-sentyabr) Rusiyadan fiziki şəxslər tərəfindən köçürmələrin həcmi 11 milyard 28 milyon dollar təşkil edib ki, bu da əvvəlki rüblə müqayisədə 5% az və ötən ilin eyni dövrü ilə müqayisədə 6% çoxdur.
Marja.az xəbər verir ki 2021-ci ilin üçüncü rübündə fiziki şəxslər Rusiyadan MDB-dən kənar ölkələrə 7,2 milyard dollar, MDB ölkələrinə isə 3,8 milyard dollar köçürüblər.
Rusiyadan köçürmələr üzrə, İsveçrə (1,8 milyard dollar), ABŞ (698 milyon dollar), Böyük Britaniya (587 milyon dollar), Almaniya (311 milyon dollar) və Türkiyə (277 milyon dollar) qeyri-MDB ölkələrinin ilk beşliyinə daxildirlər. Bu ölkələr arasında yalnız Türkiyəyə transferlər rüb ərzində artıb (1%). Ən çox bu beş ölkə arasında transferlər Almaniyaya azalıb (- 29,7%).
MDB ölkələri üzrə, Rusiyadan ən çox vəsait Özbəkistana (1,6 milyard dollar), Qırğızıstana (619 milyon dollar), Tacikistana (534 milyon dollar), Azərbaycana (281 milyon dollar) və Ermənistana (268 milyon dollar) köçürülüb. Rüb ərzində bu beş ölkəyə köçürülən vəsaitlərin ən böyük artım Özbəkistana (29,5%), azalma isə yalnız Tacikistana (-1,8%) qeydə alınıb.
Üçüncü rübdə Rusiyada fiziki şəxslər MDB-yə daxil olmayan ölkələrdən təxminən 5,4 milyard dollar, MDB ölkələrindən isə 1 milyard dollardan çox vəsait alıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






