BVF: Qlobal borc rekord səviyyəyə yüksəlib - XƏBƏRDARLIQ
Beynəlxalq Valyuta Fondu (IMF, BVF), qlobal borcun 2020-ci ildə 226 trilyon dollar ilə rekord səviyyəyə yüksəldiyini qeyd edərək, İkinci Dünya müharibəsindən bu yana ən böyük bir illik artımın qeydə alındığını və qlobal faiz dərəcələrinin gözləniləndən daha sürətli yüksəldiyini açıqlayıb.Beynəlxalq Valyuta Fondunun (IMF, BVF) əməkdaşları qlobal borclar ilə bağlı bloq məqaləsi qələmə alıblar.
Marja.az xəbər verir ki, məqalədə BVF-nin əməkdaşları, dünyanın qlobal səhiyyə böhranı və dərin bir durğunluqdan təsirləndiyi 2020-ci ildə qlobal borcun 226 trilyon dollara yüksəldiyini və 2-vi Dünya müharibəsindən bu yana ən böyük illik borc artımının müşahidə edildiyini qeyd ediblər.
Məqalədə, hökumətlərin, rekord yüksək borc səviyyələrilə, yeni virus mutasiyaları və yüksələn inflyasiya ilə qarşı-qarşıya olduqları bildirilib.
Məqalədə, "Mərkəzi banklar yüksək borc və artan inflyasiya qarşısında doğru tarazlığı təmin etməlidirlər",- bildirilir.
Qlobal borcun 2020-ci ildə qlobal ümumi daxili məhsulun (ÜDM) 256%-nə yüksəldiyi qeyd edilən məqalədə, dövlət borclarının ÜDM-in 99%-i kimi rekord bir səviyyəyə yüksəldiyi vurğulanıb.
Yazıda, maliyyə olmayan şirkətlərin və ailələrin də borclarının artığı qeyd edilib.
Borc artımlarının xüsusilə inkişaf etmiş iqtisadiyyatlarda diqqət çəkdiyi bildirilən məqalədə, bu ölkələrdə 2007-ci ildə 70% səviyyəsində olan dövlət borcunun ÜDM-ə nisbətinin 2020-ci ildə 124%-ə yüksəliyi qeyd edilib.
Məqalədə, dövlət borcunun hal-hazırda cəmi qlobal borcun təxminən 40%-ni təşkil etdiyi, bunun 1960-ların ortalarından bu yana ən yüksək nisbət olduğu bildirilib.
Borc dalğalanmasının xüsusilə maliyyə şərtləri sərtləşdikcə (faizlər artdıqca) kövrəklikləri artırdığı xəbərdarlığı edilən məqalədə, yüksək borc səviyyələrinin hökumətlərin iqtisadi bərpanı dəstəkləmək qabiliyyətilərini və özəl sektorun da sərmayə yatırmaq gücünü məhdudlaşdırdığı bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























