Əfqanıstan valyutası iki gündə 23,5% bahalaşıb
Əfqanıstanın milli valyutası (əfqani) iki gündə ABŞ dolları qarşısında 23,5% möhkəmlənib.
Marja.az xəbər verir ki, bu barədə cümə axşamı yerli "Tolo News" telekanalı valyutadəyişmə məntəqələrinin məlumatına istinadən xəbər yayıb.
Məlumata görə, çərşənbə axşamı Əfqanıstanda ABŞ dolları 123 əfqani olub, bəzi hallarda isə 130 əfqaniyə çatıb. Çərşənbə günü isə 1 dollara 102 əfqani, cümə axşamı isə 94 əfqani verilib. Beləliklə, cümə axşamı əfqan valyutası çərşənbə axşamına nisbətən 23,5% möhkəmlənib.
Əfqaninin möhkəmlənməsinə səbəb olaraq - dollar qaçaqmalçılığının qarşısının alınması üçün valyutadəyişmə məntəqələrinin Əfqanıstan Mərkəzi Bankı (MB) ilə koordinasiyada səyləri göstərilir.
Əgər avqustun əvvəlində 1 dollara 79 əfqani verirdisə, o zaman ölkədə hakimiyyəti Taliban hərəkatı ələ keçirdikdən sonra milli valyuta tədricən ucuzlaşmağa başladı. Avqustun sonunda Taliban əfqanlara nağd pul çıxarmaq üçün həftədə 200 dollar limit qoyub, sonra isə onu 400 dollara qaldırıb. Əfqanıstanın son zamanlar zəifləməsi fonunda Taliban ölkədə ABŞ valyutasının alqı-satqısını tamamilə qadağan edib. Lakin onların gördüyü tədbirlərə baxmayaraq, Əfqanıstanda iqtisadi vəziyyət hələ də son dərəcə ağırdır. Bu, əsasən, Talibanın dövlət ehtiyatlarının yalnız cüzi hissəsinə (9,4 milyard dollar) çıxış əldə etməsi ilə bağlıdır, çünki onların əhəmiyyətli bir hissəsi ABŞ tərəfindən dondurulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















